>

Təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası

AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİNİN KOLLEGİYASI

Q Ə R A R I
No 8/1
Bakı şəhəri “28” dekabr 2018-ci il
Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydasının təsdiq edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1633 nömrəli Fərmanının 3- cü hissəsinin icrasının təmin edilməsi məqsədi ilə“Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.5-ci bəndini və 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası 
QƏRARA ALIR:
1. “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirilmə (attestasiya)
istisna olmaqla) aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) və Təhsilin inkişafı proqramları şöbəsi
(E.Əmrullayev) bu qərardan irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
7. Bu qərarın təhsil müəssisələrinə göndərilməsi, eləcə də “Azərbaycan müəllimi” qəzetində dərc
edilməsi və Nazirliyin internet səhifəsində yerləşdirilməsi İnformasiya şöbəsinə (E.Məmmədov) həvalə olunsun.
8. Nazirliyin Hüquq şöbəsinə (A.Cəfərov) tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
9. Qərarın icrasına nəzarəti öz üzərimə götürürəm.
Kollegiyanın sədri,
Nazir
Ceyhun Bayramov
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin
28 dekabr 2018-ci il tarixli
8/1 nömrəli Kollegiya Qərarı ilə
təsdiq edilmişdir.

Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna
olmaqla) aparılması Qaydası
1. Ьmumi mьddəalar

1.1. Bu Qayda "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 29.0.29-cu maddəsinə
əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında ümumi təhsil pilləsində təhsilalanların
attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması məsələlərini tənzimləyir.
1.2. Bu Qayda təşkilati-hüquqi formasından asılı olmayaraq, aşağıdakı şəxslərin attestasiyasına şamil
edilmir:
1.2.1. ümumi təhsil müəssisələrində tətbiq olunan beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil
proqramları üzrə təhsilalanların;

1.2.2. xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə
cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin.
1.3. Ümumi təhsil pilləsində təhsilalanların attestasiyası məqsədi ilə diaqnostik, formativ və
summativ qiymətləndirmələr keçirilir.

2. Diaqnostik qiymətləndirmə
2.1. Diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər
bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının
ilkin qiymətləndirilməsi məqsədi ilə aparılır.
2.2. Diaqnostik qiymətləndirmədə tapşırıqvermə, müşahidə (müəllim tərəfindən şagirdlərin yeni
mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur.
2.3. Diaqnostik qiymətləndirmənin nəticəsi ilə bağlı müvafiq yazılı qeydlər (nəticələrin qısa təsviri)
təhsilalanın fərdi qovluğunda saxlanılır.

3. Formativ qiymətləndirmə
3.1. Formativ qiymətləndirmə təhsilalanın hər bir fənn üzrə təhsil proqramında (kurikulumda)
müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətlərini izləmək, bu
prosesdə onun qarşısına çıxan çətinlikləri müəyyən edib onları aradan qaldırmaq məqsədi ilə
aparılır. Formativ qiymətləndirmə şagird nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisin düzgün
istiqamətləndirilməsinə xidmət edir. Müəllim formativ qiymətləndirmə vasitəsilə tədris prosesini
tənzimləyir, şagirdlər tərəfindən məzmunun mənimsənilməsinə kömək edir.
3.2. Formativ qiymətləndirmə zamanı tapşırıqvermə, müşahidə (müəllim tərəfindən şagirdlərin yeni
mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur.
3.3. Formativ qiymətləndirmənin nəticəsi ilə bağlı “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndə
və “Məktəbli kitabçası”nda müvafiq yazılı qeydlər aparılır.
3.4. Müəllim dərs ilinin yarımillərinin sonunda “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndəki
qeydlər əsasında təhsilalanın yarımillik fəaliyyətinin qısa təsvirini hazırlayır və həmin təsvir
təhsilalanın ümumi təhsil müəssisəsindəki fərdi qovluğunda saxlanılır.

4. Summativ qiymətləndirmə
4.1. Summativ qiymətləndirmə hər bir fənn üzrə təhsil proqramında (kurikulumda)
müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi
nailiyyətlərin müəyyən olunması məqsədilə aparılır.
4.2. Summativ qiymətləndirmə aşağıdakı iki formada aparılır:
4.2.1. hər bir fənn üzrə dərsliklərdə nəzərdə tutulmuş hər bölmənin daxilində və ya bölmənin
sonunda keçirilən kiçik summativ qiymətləndirmə;
4.2.2. hər yarımilin sonunda keçirilən böyük summativ qiymətləndirmə.
4.3. Summativ qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur.
4.4. I sinifdə summativ qiymətləndirmə aparılmır.
4.5. Kiçik summativ qiymətləndirmə II-XI siniflərdə bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az 6
dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır. Hər fənn üzrə kiçik summativ qiymətləndirmələrin aparılacağı tarix haqqında məlumat tədris ilinin birinci həftəsi ərzində fənn müəllimi tərəfindən sinifdə təhsilalanlara elan olunur.
4.6. Hər bir fənn üzrə kiçik summativ qiymətləndirmə həmin fənnin tədris olunduğu 1 (bir) dərs saatı
ərzində aparılır.
4.7. Böyük summativ qiymətləndirmə ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən hər yarımilin
sonunda aşağıda sadalanan fənlər üzrə aparılır:
4.7.1. ümumi təhsil müəssisələrinin IV, IX və XI siniflərində bütün fənlər üzrə;
4.7.2. ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə
tutulmuş buraxılış imtahanı fənləri üzrə;
4.7.3. lisey və gimnaziyaların V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş
buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş
maksimum 3 fənn üzrə;
4.7.4. ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X
sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə;
4.7.5. ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunan X
sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin
pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 təmayül fənni üzrə;
4.7.6. lisey və gimnaziyaların X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış
imtahanı fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə.
4.8. Ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün və tam orta
təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində həmin təhsil səviyyəsi üçün nəzərdə
tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə
müəyyənləşdirilmiş maksimum digər 3 fənn üzrə də böyük summativ qiymətləndirmə keçirilə bilər.
4.9. Pedaqoji şuranın qərarı ilə 4.7.3-cü, 4.7.5-ci, 4.7.6-cı yarımbəndlərdə və 4.8-ci bənddə
müəyyənləşdirilməsi nəzərdə tutulmuş fənlərin seçimi tədrisin keyfiyyətinə nəzarət etmək məqsədi
daşıyır. Pedaqoji Şuranın müvafiq qərarı dərs ilinin əvvəlində qəbul edilir və təhsilalanlara elan edilir.
4.10. Hər bir fənn üzrə böyük summativ qiymətləndirmə ibtidai təhsil səviyyəsində 45, ümumi orta
və tam orta təhsil səviyyəsində 45-90 dəqiqə ərzində aparılır.
4.11. II-III siniflərdə böyük summativ qiymətləndirmə keçirilmir.
4.12. Kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkala ilə ölçülür.
4.13. Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri (suallar) Azərbaycan
Respublikasэ Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarэ ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasэnэn ьmumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyasэ"nэn tələbləri
nəzərə alэnmaqla hazэrlanэr. Suallar hər bir sinif və fənn ьzrə 4 səviyyədə tərtib edilir. 1-ci səviyyə ən aюaрэ, 4-cь səviyyə isə ən yьksək səviyyəni əks etdirir. Suallar mьxtəlif mьrəkkəblik səviyyəsində hazэrlanэr. 1-ci və 2-ci səviyyəyə təhsilalanlarэn əksəriyyətinin cavablandэra biləcəyi suallar aid edilir. 3-cь və 4-cь səviyyəyə daha hazэrlэqlэ єagirdlərin cavablandэra biləcəyi suallar aid edilir. Səviyyələr ьzrə suallarэn qiymətləndirmə ballarэnэn 100 ballэq єkalada bцlgьsь aюaрэdakэ kimi nəzərdə tutulur:
– 1-ci səviyyə uzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təєkil edir;
– 2-ci səviyyə uzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təєkil edir;
– 3-cь səviyyə uzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təєkil edir;
– 4-cь səviyyə uzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təєkil edir.
4.14. Üzrlü (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) səbəbdən kiçik
summativ qiymətləndirmənin hər hansı birində iştirak etməyən təhsilalanın kiçik summativ
qiymətləndirmədə iştirak etməməsi yarımillik balların hesablanmasında nəzərə alınmır. Təhsilalanın
iştirak etmədiyi kiçik summativ qiymətləndirmə növbəti kiçik summativ qiymətləndirməyədək təşkil
edilir.
4.15. Üzrsüz səbəbdən kiçik summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanların həmin
qiymətləndirmə üzrə balı “0” qəbul edilir və yarımillik balların hesablanmasında nəzərə alınır.
4.16. Üzrsüz səbəbdən I və II yarımillər üzrə keçirilən böyük summativ qiymətləndirmələrdə iştirak
etməyən təhsilalan həmin qiymətləndirmələr üzrə balı “0” qəbul olunur.
4.17. Təhsilalan I və II yarımillər üzrə keçirilən böyük summativ qiymətləndirmələrdə üzrlü
səbəbdən (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) iştirak edə bilmədikdə,
müvafiq summativ qiymətləndirmə günündən sonra növbəti 2 (iki) həftə müddətində onun üçün böyük
summativ qiymətləndirmə təşkil edilir. Qeyd olunan müddətdə təhsilalan böyük summativ
qiymətləndirmədə hər hansı səbəbdən iştirak etmədikdə böyük summativ qiymətləndirmə üzrə balı “0” qəbul olunur.

4.18. Summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanlar üçün sinifdə istifadə olunan eyni
səviyyəli yeni qiymətləndirmə vasitələri (test, imla, inşa, ifadə, çalışma) hazırlanır.
4.19. Təhsilalanın summativ qiymətləndirmədə bu Qaydanın 4.13-cü bədi nəzərə alınmaqla topladığı
balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:
4.19.1. 30-dək (daxil olmaqla) olan ballar “2” qiyməti ilə;
4.19.2. 30-dan 60-dək (daxil olmaqla) olan ballar “3” qiyməti ilə;
4.19.3. 60-dan 80-dək (daxil olmaqla) olan ballar “4” qiyməti ilə;
4.19.4. 80-dən 100-dək (daxil olmaqla) olan ballar “5” qiyməti ilə.
4.20. Təhsilalanın summativ qiymətləndirmədə topladığı ballar və onların uyğunlaşdırıldığı qiymət
summativ qiymətləndirmənin aparıldığı tarixdə sinif jurnalında və “Məktəbli kitabçası”nda yazılır.
4.21. Summativ qiymətləndirmələrin nəticələri ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya
digər qanuni nümayəndələrinin müraciətlərinə təhsil müəssisəsinin tabeliyindən asılı olaraq Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və ya yerli təhsili idarəetmə orqanları tərəfindən baxılır. Yerli təhsili
idarəetmə orqanlarının qərarları ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni
nümayəndələrinin müraciətlərinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən baxılır.

5. Yarımillik və illik qiymətlərin hesablanması

5.1. Təhsilalanların kiçik və böyük summativ qiymətləndirmələrdə topladığı ballar əsasında
yarımillik ballar hesablanır. Yarımillik balının 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu
bəndinə müvafiq olaraq müəyyənləşdirilir. Yarımillik balların miqdarı və onların uyğunlaşdırıldığı qiymət
sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.
5.2. Böyük summativ qiymətləndirmə aparılmayan fənlər üzrə yarımillik bal kiçik summativ
qiymətləndirmələrdə toplanmış ballar əsasında aşağıdakı kimi hesablanır:
Y= (ksq1+ ksq2+...+ ksqn ) / n

Y- təhsilalanın yarımillik üzrə balını;

ksq1+ ksq2+...+ ksqn- hər kiçik summativ qiymətləndirmədə toplanmış balların miqdarı;

n – kiçik summativ qiymətləndirmələrin sayını bildirir.
5.3. Böyük summativ qiymətləndirmə aparılan fənlər üzrə yarımillik bal kiçik və böyük summativ
qiymətləndirmələrdə toplanılan ballar əsasında aşağıdakı kimi hesablanır:

BSQ – hər yarımillik üzrə aparılan böyük summativ qiymətləndirmədə toplanmış balların miqdarı.

5.4. Təhsilalanın illik balları onun yarımillik ballarının ədədi ortası kimi hesablanır və illik balın 2, 3, 4və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir. Qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.

5.5. İllik qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinfə keçirilməsi Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Hiç yorum yok: