1. MOTİVASİYA
· Motivasiya
– hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.
· Fəal
dərsdə motivasiya dərsin vacib komponentidir -təfəkkür prosesini hərəkətə
gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
· Motivasiya
- Psixoloji amil kimi hər hansı fəaliyyətin mexanizmini işə salan qüvvədir.
· Motivasiya
qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür
prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran amil kimi
çıxış edir.
____
Motivasiyanın yaradılmasına təsir edən amillər ____
· Motivasiya
qismində istifadə olunan materialın xüsusiyyətləri cəlbedicidir, qeyri-adidir,
müəmmalıdır, gözlənilməzdir, marağı və müstəqil təfəkkürü şövqləndirməyə
qadirdir;
· Materialın təqdim olunma üsulları və formaları;
· Fərziyyələri yoxlama və təqdimat aparma imkanının
mövcudluğu;
· Yaradıcılıq imkanı;
· Müəllim tərəfindən bələdçilik (yönəldici suallar,
fərziyyələrin irəli sürülməsi zamanı həvəsləndirmə və dəstəklənmə);
· Əvvəlki məsələlərdə fərziyyələrin irəli sürülməsi
ilə bağlı müsbət emosiyalar təcrübəsi.
Motivasiya 2 mərhələdən ibarətdir: problemin qoyulması, tədqiqat sualı.
1. Problemin qoyulması - Yönəldici suallar,
tapşırıqlar
(mövzuya, təlim nəticələrinə yönəldirlər; dərsin başlanmasını təşkil edirlər; 1- 3 sual ola bilər).
(mövzuya, təlim nəticələrinə yönəldirlər; dərsin başlanmasını təşkil edirlər; 1- 3 sual ola bilər).
2.
Tədqiqat sualı . Bu sualı tərtib etmək üçün müəllim əvvəlcə dərsin sonunda olan
ümumiləşdirməni müəyyən etməlidir;
tədqiqat sualı = yeni biliyi əks etdirən təlim nəticəsi;
adətən bir sual olur, motivasiya mərhələsi tədqiqat sualına irəli sürülən fərziyyələr ilə bitir. Dərsin sonunda onlara qayıtmaq vacibdir.
tədqiqat sualı = yeni biliyi əks etdirən təlim nəticəsi;
adətən bir sual olur, motivasiya mərhələsi tədqiqat sualına irəli sürülən fərziyyələr ilə bitir. Dərsin sonunda onlara qayıtmaq vacibdir.
2.TƏDQİQATIN APARILMASI
· Problemin həlli üzrə irəli sürülən fərziyyələri
təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək
edə biləcək faktları tapmağa imkan yaradır.
· Bu zaman yeni faktların öyrənilməsi və bu suallara
cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün
münasib şərait yaranır.
· Tədqiqatın aparılması zamanı müəllim aşağıdakı
bilik, bacarıq və vərdişlərə malik olmalıdır.
· Tədqiqatın aparılması üzrə metodların seçiminə,
· İşin qrup şəklində və digər formada təşkili və
aparılmasına,
· Tədqiqatın aparılması qçün tapşırıqların və bilik
mənbələrinin seçilməsinə,
· İş vərəqlərinin hazırlanmasına.
3. MƏLUMAT (İnformasiya) MÜBADİLƏSİ
· Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə
etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.
· Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın
bütün iştirakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir.
· Təqdimat bir növ yeni biliklərin dairəsini cızır və
hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır.
· Yeni bir tələbat-həmin bilikləri qaydaya salmaq,
sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq
zərurəti yaranır.
4.MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ
· Bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün
müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.
· Müəllim fasilitasiya əsasında (yönəldici, köməkçi
suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və
onların təşkilinə kömək edir. Informasiyanın təşkili bütün faktlar arasında
əlaqələrin aşkara çıxarılmasına və onlarınsistemləşdirilmə-sinə yönəldilir.
· Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri
aydın seçilməyə başlayır. Məlumat sxem, qrafik, cədvəl, təsnifat formasında
təşkil oluna bilər.
5.NƏTİCƏLƏRİN ÇIXARILMASI
· Şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı
atmaq: konkret nəticəyə gəlmək və ümumiləşdirməni aparır
· Şagird nəinki əldə olunan bilgiləri ümumiləşdirməli,
həm də gəldiyi nəticəni tədqiqat sualı ilə və irəli sürülmüş fərziyyələrlə
müstəqil olaraq tutuşdurmalıdır.
· Dərsin kulminasiyasını isə bilgiləri məhz özləri
kəşf etdikləri üçün şagirdlərin duyduqları bənzərsiz sevinc və məmnuniyyət
hissi təşkil edir.
6. YARADICI TƏTBİQETMƏ
· Biliklərin mənimsənilməsinin başlıca meyarı onun
yaradıcı surətdə
tətbiqidir.
· Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun
praktiki əhəmiyyətini uşağa açıb göstərir.
· Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə
məhdudlaşmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də
mümkündür.
7.EV TAPŞIRIQLARI
· Ev tapşırıqları -dərsdə alınmış bilik, bacarıq və
vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır
· Ev tapşırıqlarının xarakteri tədqiqat və yaradıcılıq
elementləri (müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar,
modelləşdirmə və s.) ilə zənginləşdirilməlidir;
modelləşdirmə və s.) ilə zənginləşdirilməlidir;
· Lazım olan hallarda müstəqil mənimsənilmək üçün
fərdi maraqları və tələbləri nəzərə alan fərdi proqramların tərtib edilməsini
və tətbiqini daha geniş istifadə etmək lazımdır;
· Şagirdlər yuixarı siniflərə keçdikcə müstəqil iş
üçün ayrılan dərs vaxtının faizi artırılmalıdır.
8.QİYMƏTLƏNDİRMƏ (REFLEKSİYA)
Qiymətləndirmə
- istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir.
Refleksiya –
artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası
biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa
düşməyə imkan verən başlıca mexanizmlərdən biridir.
Hiç yorum yok:
Yorum Gönder