12.09.2024
17.02.2024
Hərbi təhsil
Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 4 il
Yaş həddi: Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.
Təhsil forması: əyani
Təhsil müddəti: 4 il
Yaş həddi: Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.
Heydər Əliyev adına Hərbi İnstitutun 3 fakültəsində (Quru Qoşunları və Ümumfənlər fakültəsi, Hərbi Hava Qüvvələri fakültəsi və Hərbi Dəniz Qüvvələri fakültəsi) 23 hərbi ixtisas üzrə zabit kadrları hazırlanır. Burada hərbi ixtisaslarla yanaşı, təhsilalanlara ali təhsil pilləsinin bakalavriat səviyyəsi üzrə “sistemlər mühəndisliyi”, “aerokosmik mühəndislik”, “radiotexnika və telekommunikasiya mühəndisliyi”, “elektrik və elektronika mühəndisliyi” və “mexanika mühəndisliyi” ixtisasları üzrə mütəxəssislər hazırlanır.
Fənn kurikulumu -2013
(KURİKULUMU)
(X-XI siniflər)
X sinif
Х sinfin sonunda şagird:
· Azərbaycan Silahlı Qüvvələrinin yaranması, inkişafı, dövlət və hərbi atributları, Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələr barədə bilikləri, Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını şərh edir; · daxili
xidmət, qarnizon və qaravul xidməti, sıra və intizam nizamnamələrinin ümumi
müddəalarını şərh edir;
· müasir
ümumqoşun döyüşü, döyüşün növləri, motoatıcı manqanın təşkili, döyüş imkanları,
atıcı silahlar və əl qumbaralarının təyinatını, onların taktiki-texniki xassələrini,
zirehli döyüş texnikaları haqqında bilikləri və onlardan istifadə qaydalarını şərh
edir;
· ərazidə
xəritəsiz səmtləşmə üsullarını və azimutlarla hərəkəti tətbiq edir;
· fövqəladə
hadisələr zamanı mülki müdafiə dair biliklər nümayiş etdirir.
· sağlam
həyat tərzinə, bütün növ fövqaladə hadisələr zamanı ilk tibbi yardım göstərməyə
dair bilik və bacarıqlar nümayiş edir.1.Dövlət müdafiəsinin
tarixi və hüquqi əsasları
1.1. Azərbaycan
Silahlı Qüvvələrinin yaradılması və inkişafı barədə bilik və bacarıqlar nümayiş
etdirir.
2. Həyat fəaliyətinin
təhlükəsizliyinin təminatı.
2.1. Müasir
ümumqoşun döyüşü üzrə bilik və bacarıqlar nümayiş etdirir.
3. Tibbi biliklər
və ilk tibbi yardım qaydaları
3.1. Sağlam həyat
tərzi üzrə biliklər nümayiş etdirir.
Məzmun
xətləri üzrə əsas və alt-standartlar
1.Dövlət müdafiəsinin
tarixi və hüquqi əsasları
Şagird:
1.1. Azərbaycan
Silahlı Qüvvələrinin yaradılması və inkişafı barədə bilik və bacarıqlar nümayiş
etdirir.
1.1.1. Dövlət və hərbi
atributları tanıyır və onları şərh edir.
1.1.2. Azərbaycan
Silahlı Qüvvələri və başqa silahlı birləşmələr barədə təqdimat edir.
1.2. Vətənin
müdafiəsində vətəndaşın vəzifələri barədə biliklər nümayiş etdirir.
1.2.1. Azərbaycan
Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə
aid müddəalarını şərh edir.
1.3. Silahlı Qüvvələrin
ümumqoşun nizamnamələri tələblərinin tətbiqi və icrası üzrə bilik və bacarıqlar
nümayiş etdirir.
1.3.1. Sıra və
intizam nizamnamələrinin ümumi müddəalarını şərh edir. 1.3.2. Daxili Xidmət,
qarnizon və qaravul xidməti nizamnamələrinin ümumi müddəalarını şərh edir.
2. Həyat fəaliyətinin
təhlükəsizliyinin təminatı.
Şagird:
2.1. Müasir
ümumqoşun döyüşü üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Müasir
ümumqoşun döyüş və döyüş təminatı növlərini izah edir.
2.1.2. Motoatıcı
manqanın təşkili və döyüş imkanları haqqında biliyini şərh edir.
2.2. Müasir döyüş
vasitələri üzrə biliklərini nümayiş etdirir.
2.2.1. Atıcı
silahların və əl qumbaralarının taktiki-texniki xassələri barədə təqdimat edir.
2.2.2. Manqanın
mövqeyinin mühəndis təminatı üzrə biliklər nümayiş etdrir. 2.2.3. Zirehli döyüş
texnikaları haqqında biliklərini şərh edir.
2.3. Topoqrafiya
üzrə bacarıqlar nümayiş etdirir.
2.3.1. Ərazidə xəritəsiz
səmtləşmə üsullarını və azimutla hərəkəti tətbiq edir.
2.4. Fövqəladə hadisələr
zamanı mülki müdafiəyə dair biliklər nümayiş etdirir.
2.4.1. Fövqəladə hadisələri
təsnif edir.
2.4.2. Təbii fəlakətlər
haqqında biliklərini şərh edir.
2.4.3. Kütləvi
qırğın silahları və onların dağıdıcı vasitələri haqqında biliklərini şərh edir.
2.5. Mühafizə
vasitələrindən istifadə edir.
2.5.1. Fərdi
mühafizə vasitələri haqqında biliklərini şərh edir.
2.5.2. Kollektiv
mühafizə vasitələri haqqında biliklərini nümayiş etdirir.
3. Tibbi biliklər
və ilk tibbi yardım qaydaları
Şagird:
3.1. Sağlam həyat
tərzi üzrə biliklər nümayiş etdirir.
3.1.1. Sağlam həyat
tərzini təşkil edən amillər haqqında biliklərini nümayiş etdirir.
3.2. İlk tibbi
yardımın göstərilməsinə dair bilik və bacarıqlar nümayiş etdirir. 3.2.1.
Yaralanma və bədbəxt hadisə zamanı zərərçəkənlərə ilk tibbi yardım göstərir.
3.2.2. Radioaktiv
və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
3.2.3. Bioloji
vasitələrdən, yoluxucu xəstəliklərdən mühafizə qaydalarına əməl edir.
24.09.2022
27 sentyabr Anım Günü
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
10.09.2022
8.04.2022
Kaydol:
Kayıtlar (Atom)