Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Müdafiə Nazirliyinin, Təhsil Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmişdir
“Ş A H İ N”hərbi-idman oyununun
Ə S A S N A M Ə S İ
1.Məqsəd
«Şahin» hərbi-idman oyununun keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına kömək göstərməkdir.
“Şahin” hərbi-idman oyunu 4 tur üzrə keçirilir:
- məktəbdaxili-seçmə mərhələsi;
- rayon (şəhər) birincilikləri;
- regional zona birincilikləri;
- respublika final
yarışı.
4.2. Yarışların açılış mərasimində iştirakçı komandanın birinci cərgədə
sağda duran üzvü bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra
Nizamnaməsinin 178-ci maddəsində göstərilən formada tutur. Sıra duruşu
“Farağat” komandasında bayrağın sapının ucluğu sağ ayağın çöl kənarına bitişik
şəkildə yerə qoyulur. Bayrağın sapı sağ əllə tutularaq çiyinə söykədilir.
4.3. Yarış 5 mərhələ üzrə keçirilir. Komanda yarışlarda müəyyənləşdirilmiş
vahid formada iştirak edir. Komanda üzvünün hər birinin boy sırası ilə nömrələnmiş
emblemi və döş nişanı olmalıdır. Komanda üzvünün 1-dən 14-dək nömrələnmiş
emblemi sifarişdə onun qeyd olunduğu sıra sayı ilə eyni olmalıdır.
4.4. Rayon (şəhər), regional
zona birinciliklərində və respublika final yarışında komandaların nəticələrinə və hakimlər heyətinin yekun qərarına
uyğun olaraq I, II və III yerlərin hər birinə yalnız bir komanda layiq görülür.
4.5. Rayon (şəhər) və regional
zona birinciliklərində komandaları təmsil edən və qeydiyyatdan keçmiş nümayəndələri
tərəfindən yarışın foto və videoçəkilişinin aparılmasına icazə verilir (yarışın
gedişınə mane olmamaq şərti ilə).
5.1. Hərbi geyimdə (o cümlədən, hərbi geyim dəstinin hər hansı bir elementi) olan komanda üzvləri yarışa buraxılmır.
5.2. Sifarişi olmayan komanda, həmçinin şagird vəsiqəsi, doğum
haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti, sağlamlıq haqqında
tibbi arayışı olmayan komanda üzvləri yarışa buraxılmır.
5.3. Yarışda komandalar tam tərkibdə iştirak etməlidir. İştirak etməyən hər bir komanda üzvünə görə yekun nəticədən 1 (bir) bal çıxılır. Üzvlərdən 3 (üç) və daha çoxu iştirak etmədiyi halda isə komanda yarışa buraxılmır.
6.Mandat komissiyasının yaradılması
6.1. Komandaların sənədlərinin (sifarişlər,
iştirakçı vəsiqələri, sağlamlıq haqqında arayışlar, doğum haqqında şəhadətnamənin
və ya şəxsiyyət vəsiqəsinin surəti) düzgün tərtibatını, komanda üzvlərinin yaş
həddini (təvəllüd), təhsil aldığı məktəbə və sinfə uyğunluğunu, geyim formasını
yoxlamaq üçün tərkibi 3-5 nəfərdən ibarət “Mandat Komissiyası” (bundan
sonra-komissiya) yaradılır.
6.2. Müvafiq komissiyaların tərkibi rayon
(şəhər) və regional zona birinciliklərində yerli gənclər və idman idarələri,
final yarışında isə Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq edilir.
6.3. Müşahidə olunan nöqsanlar və
çatışmazlıqlar komissiya tərəfindən
aktlaşdırılır və komandaların yarışa buraxılmasına dair qərar qəbul
edilir. Eyni zamanda həmin komissiya yarışın nəticələrindən asılı olmayaraq, 3 gün ərzində daxil olmuş şikayətlər
əsasında əlavə araşdırmalar aparmaq,
qayda pozuntuları ilə bağlı təsdiq edilmiş faktlara uyğun olaraq, nəticələrin dəyişdirilməsi üçün vəsadət
qaldırmaq səlahiyyətlərinə malikdir.
Rayon (şəhər) və zona birinciliyində hərbi hissənin, respublika final
yarışında isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin səlahiyyətli nümayəndəsi
Mandat komissiyasının sədri təyin
edilir.
6.4.
Oyunun qeyri-obyektiv keçirilməsi, Əsasnaməyə uyğun təşkil edilməməsi və nəticələrin
dəyişdirilməsi ilə bağlı şikayətlərə qiymət verilməsi təqdim olunan faktlar əsasında
yarış zamanı təmin edilir. Yarışdan sonra foto və ya video materiallar, o cümlədən
digər təsdiqləyici faktlar təqdim edilmədiyi təqdirdə heç bir şikayətə
baxılmır. Yekun qərar komissiya tərəfindən verilir.
7.Qiymətləndirmə
7.2. Yekunda hər
bir komandanın ayrı-ayrı mərhələlər üzrə əldə etdiyi orta balların cəmi, eləcədə
yarışın gedişində itirilmiş və qazanılmış ballar nəzərə alınmaqla əldə olunan nəticə
5-ə (mərhələlərin sayına) bölünür və həmin nəticə onluq dəqiqliyi ilə
hesablanır. Yarışın 5 növü üzrə ümumi ballar hesablanarkən əgər eyni nəticə
olarsa, "Sıra hazırlığı" mərhələsində sıra addımı və mahnı ilə hərəkət
zamanı yüksək nəticə göstərmiş komandaya, daha sonra isə “Maneələrin dəf
olunması” mərhələsində daha çox bal toplayan komandaya üstünlük verilir. Eyni
qayda ilə növbəti mərhələlərin nəticəsi nəzərə alınır.
7.3.
Oyunun nəticələri ilə bağlı tərtib edilən yekun protokollar zona birinciliyi
keçirilən rayon (şəhər) üzrə gənclər və idman idarəsinin rəisi, Mandat
komissiyasının sədri və baş hakim, ayrı-ayrı mərhələlər üzrə isə həmin mərhələyə
məsul olan hakimlər tərəfindən imzalanır. Protokollar hərbi hissə komandiri və
gənclər və idman idarəsinin rəisi tərəfindən möhürlə təsdiq edilir.
Qiymətləndirmə nümunəsi:
Əgər komandanın 5 mərhələ
üzrə ümumi nəticəsi (4+5+4+3+4=20) 20 bal olarsa, yekun nəticə aşağıdakı kimi hesablanır:
20 bal : 5 mərhələ = 4 bal (ümumi nəticə)
Əgər 2-ci mərhələ (“Fiziki
hazırlıq”) üzrə 1 bal əlavə edilərsə, eyni zamanda 5-ci (“Çadırın qurulması”) mərhələsi
üzrə 1 bal çıxılarsa, yekun nəticə aşağıdakı kimi hesablanır: :
4 bal+1bal-1bal = 4 bal (yekun nəticə)
“ŞAHİN”
HƏRBİ-İDMAN OYUNUNUN MƏRHƏLƏLƏRİ
SIRA
HAZIRLIĞI
1. Sıra addımı ilə hərəkət (təntənəli marşla)
2. Mahnı ilə hərəkət
3. Kapitanların məruzəsi, cərgə nizamı (“Düzlən” “Fərəqət” “Azad”) və
salamlaşma
4. Komandirin əmri ilə dağılma, bir və iki cərgə, bir cərgədən iki cərgəyə
və əksinə düzülmə
5. Yerində və hərəkət zamanı dönmələr (sağa, sola, geriyə)
Komanda üzvlərinin hərəkətləri hakimlər heyəti tərəfindən 10 (on)
ballıq sistem üzrə qiymətləndirilir. Toplanmış qiymətlərin cəmi 5-ə (hərəkətlərin
sayına) bölünərək, onluq dəqiqliyi ilə orta bal çıxarılır və həmin nəticə 2-yə
bölünməklə 5 (beş) ballıq sistem üzrə onluq dəqiqliyi ilə komandanın “Sıra
hazırlığı” mərhələsindəki göstəricisi müəyyən
olunur. Eyni bal toplamış komandalardan sıra addımı və mahnı ilə hərəkətdə yüksək
bal toplamış komandaya üstünlük verilir.
Sıra düzülüşü üç-üç
kolonla həyata keçirilir. Sıra addımı və mahnı ilə hərəkət zamanı komandalar
düzülərkən arxa cərgə tamamlanır. Sıra addımı ilə hərəkətlər Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinə uyğun keçirilir.
II. FİZİKİ HAZIRLIQ
Hər komandadan 2 nəfər
(1 oğlan və 1 qız) iştirak edir. Yarış 2 məntəqə üzrə keçirilir. Qiymətləndirmə
5 (beş) ballıq sistem üzrə aparılır. İki məntəqənin hər birində əldə edilən qiymətlər
toplanıb 2-yə (məntəqələrin sayına) bölünərək “Fiziki hazırlıq” mərhələsində əldə
edilən orta qiymət çıxarılır və komandanın ümumi nəticəsinə əlavə edilir.
Normativ:
5 bal-14 san.
4 bal-15 san.
3 bal-16 san.
2 bal-17 san.
1 bal-18 san.
0 bal-19
saniyə və daha yuxarı
II məntəqə: “Turnikdə
dartınma” (1 nəfər oğlan – X sinif)
Normativ:
5 bal-19-22 dəfə
4 bal-16-18 dəfə
3 bal-13-15 dəfə
2 bal-9-12 dəfə
1 bal- 5-8 dəfə
0 bal-4 dəfə və daha aşağı
Qeyd: 23 dəfə və
daha çox dartınan iştirakçıya görə komandanın “Fiziki hazırlıq” mərhələsində əldə
etdiyi ümumi nəticəyə 1 (bir) bal əlavə edilir.
III. MANEƏLƏRİN DƏF
OLUNMASI
Bu mərhələ 200 metr
məsafədə “estafet” formasında keçirilir. Yarışda 7 nəfər (VIII sinif - 5 oğlan
və 2 qız) iştirak edir. İştirakçıların üstündə əleyhqaz olmalıdır. Bu mərhələ 5
maneədən ibarətdir. Ən tez vaxt ərzində maneələri dəf edən komanda qalib elan
olunur. Komanda üzvləri 5 maneənin hər birini keçdikdən sonra, yenidən qaçaraq
“START” nöqtəsinə çatırlar. Saniyəölçən komanda üzvlərindən axırıncının finişə
çatdığı vaxt dayandırılır. Maneələri düzgün keçməyən hər bir iştirakçıya görə təyin
edilən cərimə vaxtı komandanın bu mərhələdə
göstərdiyi nəticəyə (vaxt göstəricisinə) əlavə edilir.
Normativ:
5 bal-3 dəq.40 san. - 3 dəq. 50 san.
4 bal-3 dəq.51 san. - 4 dəq.
3 bal-4 dəq. 01 san. - 4 dəq. 10
san.
2
bal-4 dəq. 11 san. - 4 dəq.20 san.
1 bal-4 dəq. 21 san. - 4 dəq. 30
san.
0 bal-4 dəq. 30 saniyədən yuxarı
Kəndir vasitəsi ilə "təhlükəli zolağın" qət olunması
QEYD: Kəndir komanda üzvünün əlindən çıxıb "təhlükəli
zolaqda" qalarsa, cərimə vaxtı təyin edilmədən komandanın kapitanı onu
yenidən komanda yoldaşına ötürür.
Kəndir vasitəsi ilə yüksəkliyə
dırmanma və yüksəklikdən enmə
Yerlə sürünməklə maneənin dəf
olunması
Hündürlüyü 50 sm, eni 1 metr olmaqla
6 metr məsafədə yerə taxtalar bərkidilir, üstünə isə məftil və ya kəndir
çəkilir. Yarış iştirakçıları bir-birinin ardınca həmin maneələri yerlə sürünməklə
dəf edirlər. Komanda üzvlərindən hər hansı biri maneənin istənilən bir hissəsinə
toxunarsa, həmin komanda üzvünə hər toxunmaya görə 10 saniyə cərimə verilir.
5. İstehkamda yerləşərək hədəfə “qumbara” atmaq
Normativ:
20 metr və daha çox (sahə daxilinə) –
0 san.
0-20 metr – 20 san.
Yarışda komandalar tam tərkibdə (14 nəfər -10 oğlan, 4 qız) iştirak
edirlər. Hər bir iştirakçıda əleyhqaz, hər komandanın 4 nəfər üzvündə isə
sanitar çantası olmalıdır. “Mülki müdafiə hazırlığı” mərhələsindəki ayrı-ayrı
növlərdə normativə uyğun olaraq qazanılmış balların cəmi 3-ə (növlərin sayına)
bölünərək komandanın bu mərhələdə əldə etdiyi orta bal tapılır və ümumi nəticəyə
əlavə olunur. Yarışın bu mərhələsi 3 növdə keçirilir: əleyhqazın geyinilməsi
Bu növdə bütün
komanda üzvləri iştirak edirlər. Əleyhqazın geyinilməsi əmri («qaz buraxılmışdır»
əmri) aşağıda göstərilən normativ vaxt üzrə qiymətləndirilir.
Normativ:
5 bal-8 san.
4 bal-9 san.
3 bal-10 san.
2 bal-11 san.
1 bal-12 san.
0 bal-12 saniyədən yuxarı
“Yaralının” tapılması, ona əleyhqazın geyindirilməsi, “Zəhərli zona”dan çıxarılması və “tibb məntəqəsi”nə çatdırılması.
Hər komandadan 6 nəfər (VIII sinif - 4 oğlan, 2 qız) iştirak edir. Mərhələnin bu növü 50 metr məsafədə keçirilir. Əvvəlcə komanda üzvləri əleyhqaz geyinib 25 metr məsafə
qət edərək “Yaralını” axtarıb tapır. Daha sonra “Yaralıya” əleyhqaz geyindirib növbəti 25 metr məsafəni qət edərək
“Zəhərli zona”dan çıxarır və "tibb məntəqə"sinə çatdırırlar.
Qeyd: "Yaralı" hakimlər heyəti tərəfindən müəyyən olunmuş yerdə yerləşdirilir.
Normativ:
5 bal- 0-18 san.
4 bal-19-21 san.
3 bal-22-24 san.
2 bal-25-27 san.
1 bal-28-30 san.
0 bal-30 saniyədən yuxarı
c) Sanitarların yarışı
Yarışın bu mərhələsində hər komandadan 4 nəfər qız iştirak edir. Bu məqsədlə
sanitar postu və 2 sanitar məntəqəsi yaradılır. Hakimlər heyəti komanda üzvlərinin
hərəkətlərini 5 (beş) ballıq sistem üzrə qiymətləndirirlər. Bu mərhələ 2 məntəqədə
keçirilir.
I məntəqə: «Qanaxmanın müvəqqəti
dayandırılması».
5 bal - 10 san.
4 bal - 11-15 san.
3 bal - 16-25 san.
2 bal - 26- 30 san.
1 bal - 31-35 san.
0 bal - 35
saniyədən yuxarı
QEYD: “Qanaxma” nahiyəsi hakim tərəfindən müəyyən edilir. Əgər komanda tapşırığı 10 saniyədən tez yerinə yetirərsə, həmin komandanın “Mülki müdafiə hazırlığı” mərhələsində əldə etdiyi ümumi nəticəyə 1 (bir) bal əlavə olunur.
II məntəqə: “Yaralıya” ilk tibbi yardım göstərilməsi
“Yaralıya” ilk tibbi yardım göstərmək üçün “başa sarğı qoyulması”, sonra
isə “Aşağı ətraflara sarğının qoyulması” tapşırığı yerinə yetirilir.
Qiymətləndirmə:
5 bal - 45 san. - 1 dəq.
4 bal - 1 dəq. 01 san. - 1 dəq. 15 san.
3 bal - 1 dəq. 16 san. - 1 dəq. 30 san.
2 bal - 1 dəq. 31 san. - 1 dəq. 45 san.
1 bal - 1 dəq. 46 san. - 2 dəq.
0 bal -
2 dəqiqədən yuxarı
5 bal - 45 san. - 50 san.
4 bal - 51 san. - 1 dəq.
3 bal - 1 dəq. 01 san. - 1 dəq. 15 san.
2 bal - 1 dəq. 16 san. - 1 dəq. 30 san.
1 bal - 1 dəq. 31 san. - 1 dəq. 45 san.
0 bal - 1 dəq.
45 saniyədən yuxarı
QEYD: Hər iki
tapşırığın yerinə yetirilməsində “yara” nahiyəsi hakim tərəfindən təyin olunur
və uzunluğu 5 metr olan sarğıdan istifadə olunur.
V. ÇADIRIN QURULMASI
QEYD: Normativlə müəyyən olunmuş vaxt ərzində çadırı tam qura bilməyən
komandaya xal verilmir. Əgər çadırı qurmadan mərhələnin başa çatması ilə bağlı
komandanın kapitanı raport verərsə, saniyəölçən dayandırılır və normativlə nəzərdə
tutulan qiymətləndirmə aparılmır. Bu halda komandanın ümumi nəticəsindən 1
(bir) bal çıxılır.
Normativ:
5 bal - 2 dəqiqə
4 bal - 2 dəq.
01 san. - 2 dəq. 30 san.
3 bal - 2 dəq.
31 san. - 3 dəqiqə
2 bal - 3 dəq.
01 san. - 3 dəq. 30 san.
1 bal - 3 dəq.
31 san. - 4 dəqiqə
0 bal - 4 dəqiqədən
çox
1 yorum:
əla
Yorum Gönder