>

17.02.2017

Hərbi vətənpərvərlik yazısı

Ölkədə bütün sahələrdə aparılan islahatlar, Silahlı qüvvələrimizin hazırlığının artırılması istiqamətində atılan addımlar Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi keyfiyyətinin yüksəldilməsini zərurətə çevirir. Tədris proqramında tətbiq olunan dəyişikliklər, bütün fənlərdə olduğu kimi Gənclərin çağırışaqədərki hazırlığı kurikulumunda da təqdirə layiqdir. Təcrübə və araşdırmalar göstərir ki, Gənclərin çağırışaqədərki hazırlığı ümumtəhsil pilləsinin əsas fənlərindən  biri kimi bu baxımdan daha böyük əhəmiyyət kəsb edir. Bu fənn şagirdlərin istər fiziki, istərsə də mənəvi cəhətdən inkişaf etməsində, vətənin müdafiəsinə hazırlanmasında xüsusi rol oynaması ilə seçilir. Xüsusən yuxarı siniflərdə bu fənnin tədrisi heç də təsadüfi deyildir. Uşaqlar bu yaşda daha çox həyati hadisələrlə maraqlanır, vətən, xalq məfhumları ətrafında düşünməyə, onları daha yüksək səy və qətiyyətlə dəyərləndirməyə cəhd edirlər. 

Hiç yorum yok: