>

28.03.2017

Ümumi təhsil müəssisələrində məktəbdaxili qiymətləndirmə








Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Ümumi təhsil müəssisələrində məktəbdaxili qiymətləndirmə növlərinin təşkilinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası təhsil nazirinin 2 mart 2016-cı il tarixli 122 nömrəli əmrinin 1-ci bəndi üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq    

ƏMR EDİRƏM:

1. “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat”ın 4.5-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“Böyük summativ qiy­mət­ləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təqdim etdiyi qiymətləndirmə vasitələrindən istifadə edilməklə fənni tədris edən müəllim tərəfindən aparılır.”
2. “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat”ın 4.14-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“4.14. Şagirdin illik qiyməti aşağıdakı cədvələ uyğun hesablanır:”

Y1
Y2
İllik

Y1
Y2
İllik

Y1
Y2
İllik

Y1
Y2
İllik
2
2
2

3
2
2

4
2
3

5
2
3
2
3
3

3
3
3

4
3
3

5
3
4
2
4
3

3
4
4

4
4
4

5
4
4
2
5
4

3
5
4

4
5
5

5
5
5


3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinə çatdırılmasını, Nazirliyin internet saytında yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.

Əsas: Təhsilin inkişafı proqramları şöbəsinin müdiri E.Əmrullayevin təqdimatı.

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
16 iyun 2016-cı il
                                                                                                                              №407

Hiç yorum yok: