>

19.10.2017

Perespektiv planlaşdırma

2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr
Perespektiv planlaşdırma
Hara getdiyini, nə istədiyini, məqəsədinin nədən ibarət olduğunu təlimin sonunda nəyə nail olacağını və bunu hansı yollarla həyata keçirəcəyini, nail olub-olmadığını necə qiymətləndirəcəyini əvvəlcədən müəyyənləşdirmə bacarığı olan bir müəllim uğurlu və nəticəyönümlü təlim təşkil edə bilər.

Uğurlu və nəticəyönümlü təlim əvvəlcədən mükəmməl hazırlanmış planlaşdırmadan asılıdır.


Hər bir sinfin "Çağırışaqədərkı hazırlıq” kursu məzmunu və keçirilməardıcıllığı tədris proqramı ilə müəyyən edilən bir sıra mövzulardan ibarətdir.
Mövzular dərslərə bölünür; proqramda hər mövzu üzrə dərslərin təxmini miqdarı
göstərilir ki, bu da kursun planlaşdırılması zamanı müəllim üçün müəyyən yol
göstərir. Müəllim bu və ya digər sinfin "Çağırışaqədərkı hazırlıq” kursu üzrə illik
planlaşdırmanın tərtibinə başlayarkən, hər şeydən əvvəl, bu kursun məqsəd və
vəzifələrini özü üçün aydın etməlidir.
Müəllim mövzular üzrə saatların bölgüsünü mexaniki surətdə proqramda
verildiyi kimi planlaşdıra bilməz. Yaşadığı ərazinin və vətənin fiziki və sosial-iqtisadi
vəziyyətini, təbiətini, maddi və mənəvi dəyərlərini, dinini, döyüşlərdə iştirak edən
ata-babalarımızın tarixi adət-ənənlərini şagirdlərin hərtərəfli öyrənməsi, tədqiqat
aparması, təqdimatlar etməsi, referatlar, statistik diaqramlar hazırlaması üçün
müəllim düzgün perespektiv və gündəlik dərs planları hazırlamağı bacarmalıdır.
Perespektiv planlaşdırma hazırlamaq üçün müəllimdə bir neçə bacarığın olması
vacibdir. Tədris vahidi və mövzuların ardıcıllığının düzgün müəyyənləşdirilməsi
mühüm bacarıqlardan biridir. Müəllim bu ardıcıllığı müəyyənləşdirərkən bir neçə
prinsiri nəzərə almalıdır. Təbii ki, birinci prinsip məzmun ardıcıllığı baxımından
sadədən mürəkkəbə, asandan çətinə doğru getmək olmalıdır. Məsələn, X sinifdə
əvvəlcə Azərbaycan Silahlı Qüvvələrinin yaradilma tarixi, sonra nizamnamələr, sira
hazırlığı və sairə bu ardıcıllıqla planlaşdırma aprılmalıdır. Əvvəlcə, elə anlayışlar
öyrədilməlidir ki, sonrakı mərhələlərdə onlardan istifadə edilə bilsin.
Təlim nəticələrinin təqdim olunan ardıcıllığı tədris prosesi üçün mütləq deyil.
Müəllim hər hansı təlim nəticəsinin əldə edilməsində ayrılan vaxt ərzində, proqram
materiallarının tədris edilməsindəki ardıcıllığa əməl edilməsində sərbəstdir.


Mənbə:AZƏRBAYCANRESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ FƏNNİ ÜZRƏ TƏHSİL PROQRAMI (KURİKULUMU)

(X-XI siniflər)
Bakı – 2013


Hiç yorum yok: