>

25.10.2017

Saatdarın dəyişdirilməsi

Saatdarların dəyişilməsi
Saatdarlar hər 2 saatdan bir, cüt yaxud tək saatların başlanğıcında dəyişilirlər. Havanın temperaturu -20dərəcəS və daha aşağı şaxtada, kölgədə +30dərəcəS və ondan yuxarı olduqda  saatdarlar bir saatdan bir dəyişilirlər.
Növbə saatdara 10-15 addımlığa qədər yaxınlaşdıqda yeni qarovul dəyişdiricisi «Növbə — DAYAN» komandası verir və qarovul nəfərlərinin birinə posta və onun giriş yerlərinə nəzarət etmək əmri verir.
Növbə yaxınlaşarkən saatdar üzü gələnlərə tərəf durur və müstəqil surətdə avtomatı «qayışa» vəziyyətinə alır. Köhnə qarovulun dəyişdiricisi saatdara yaxınlaşaraq ona «FARAĞAT» komandası verir. Sonra yeni qarovulun dəyişdiricisi «Əsgər Vəliyev, posta addımla — MARŞ» komandası verdikdə saatdar bir addım sağa çəkilir və qarovul nəfəri saatdara yaxınlaşır və onun yerində dayanır.
Köhnə və yeni qarovulların dəyişdiriciləri saatdarın və qarovul nəfərinin hər iki tərəfində bir- iki addımlıqda üz-üzə dayanırlar.

Köhnə qarovul dəyişdiricisinin «Saatdar, postu təhvil ver» komandası ilə saatdar postu təhvil verir. Bu zaman saatdar və qarovul nəfəri başlarını bir-birinə tərəf çevirirlər. Saatdar postunun nömrəsini deyib, postu qəbul edən qarovul nəfərinə postlar tabelinə əsasən bütün mühafizə edilən şeyləri sadalayır və eyni zamanda növbə çəkərkən post yaxınlığında gördüklərini söyləyir.

Hiç yorum yok: