>

8.11.2019

9 noyabr Dövlət Bayrağı günüdür


  1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin

    2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.


  21 iyun 2018-ci il  AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R № 271 Bakı şəhəri, 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il
25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması
(asılması), endirilməsi, saxlanılması və istehsalı
Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin
səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25
mart tarixli 55 nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, № 3, maddə 260; 2013, № 10, maddə
1234; 2017, № 4, maddə 620) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi,
saxlanılması və istehsalı Qaydaları”nın 12-1-ci hissəsində “mavi”
sözü “yaşıl” sözü ilə əvəz edilsin.
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini Yaqub Eyyubov

Azərbaycan Respublikasının dövlət bayrağından düzgün istifadə edilməsi hər kəsin vətəndaşlıq borcudur.

Dövlət bayrağı binanın divarına dirəksiz şaquli vəziyyətdə asıldıqda və ya xüsusi tutqaclara bərkidildikdə onun yaşıl zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməli, ayla ulduz isə üzü aşağı olmalıdır.

Dövlət bayrağı binanın divarına dirəksiz üfüqi vəziyyətdə asıldıqda və ya xüsusi tutqaclara bərkidildikdə mavi zolaq qarşıdan baxarkən yuxarıda olmalı, ayla ulduz isə sağ tərəfə baxmalıdır
Kiçik ölçülü dövlət bayrağı masaların, kürsülərin üstündə xüsusi oturacağı olan şaquli milə bərkidildikdə və yaxud əldə tutulduqda da mavi zolaq yuxarıda yerləşməlidir.

Hiç yorum yok: