>

17.12.2017

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib

Layihənin 1-ci maddəsi "Əsas anlayışlar" adlanır. Burada göstərilir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra — Silahlı Qüvvələr) — Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat;
Azərbaycan Ordusu — Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə;
Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra — başqa silahlı birləşmələr) — Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları və ya onların strukturuna daxil olan qurumlar.


Bu Qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının 1991-ci il 9 oktyabr tarixli 210-XII nömrəli Qanunu ləğv edilir.
Qanun layihəsi 5 fəsil, 16 maddədən ibarətdir.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2017-ci il.

Hiç yorum yok: