>

4.04.2018

“Müstəqilliyimiz əbədidir” adlı yazı müsabiqəsi elan edir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Respublika orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Müstəqilliyimiz əbədidir” adlı yazı müsabiqəsi elan edir.
Müsabiqənin şərtləri:
1. Müsabiqəyə hər şagird yalnız bir yazı təqdim edə bilər.
2. Müsabiqəyə 2018-ci ilin mart ayının 30-dan 2018-ci ilin aprel ayının 30-dək olan müddətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına təqdim olunmuş yazılar buraxılacaq.
3. Yazılar 5 min işarədən çox olmamalıdır.  
4. Təqdim olunan bütün yazılarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində və Silahlı Qüvvələrin formalaşdırılmasında rolu əksini tapmalıdır.
5. Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədi ilə Xidmətin nəşrlərində istifadə edilə bilər.
6. Müsabiqə üçün yazılar 2018-ci ilin aprel ayının 30-dək elektron formada info@seferberlik.gov.az ünvanına göndərilməlidir. Müəllifin özü haqqında məlumatları (adı, soyadı, atasının adı, yaşadığı yer, oxuduğu ümumtəhsil məktəbi və sinfi) və əlaqə nömrələrini göstərməsi zəruridir.

                                         Qaliblərin mükafatlandırılması:
I yer (1 nəfər) – Fotoaparat  
II yer (1 nəfər) – Planşet
III yer (1 nəfər) – Mobil telefon
Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binası.
Əlaqə telefonu:  493-06-52.

Hiç yorum yok: