>

18.04.2018

Sabunçu rayonunda “Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirildi


Sabunçu rayonu üzrə 46 məktəb üzrə 644 şagird arasından yarımfinala vəsiqə qazanmış 21 məktəb üzrə 294 şagirdin iştirak etdiyi hərbi-idman yarışlarının final mərhələsinə start verildi. Əvvəlcə hər biri 14 nəfərdən ibarət komandalar təntənəli marşla və musiqi ilə tribuna önündən keçdilər. Yarışa qatılan 8-10-cu sinif şagirdləri yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınadılar.Yarışın nəticəsinə görə rayonun 142 nömrəli tam orta məktəbi birinci, 148 nömrəli tam orta məktəbi ikinci və 309 nömrəli tam orta məktəbi isə üçüncü yerə layiq görüldü. 














Hiç yorum yok: