>

26.06.2018

Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)


     AZƏRBAYCAN RESPUBLIKASININ ORDU QURUCULUĞUNUN
100 illik tarixi
      Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün 1918-ci il iyunun 26-sı Azərbaycan Milli Ordusunun yaradılması haqqında qərar qəbul edərək nizami ordu quruculuğuna
başladı. Yaradılan ilk kabinədə Azərbaycan hökumətinin Hərbi naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi.Çar Rusiyası dövründə «Дикая дивизия» (“Vəhşi diviziya”) adlanan keçmiş Tatar Süvari Alayının əsgərlərindən formalaşdırılmış Müsəlman korpusununəsasında 5000 nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan korpusu” yaradıldı.1918-ci ilin iyul ayının 11-də Milli Orduya çağırış haqqında əmr verildi və 24–29 yaşlı kişi cinsli vətəndaşlar səfərbər edildi. Həmin ilin dekabr ayının 26-da tam artilleriya generalı Səməd bəy Sadıq bəy oğlu Mehmandarov Hərbi nazir vəzifəsinə gətirildi. O, xalqa müraciət edərək bildirdi ki, ölkəmizin bütün vətəndaşları– istər kasıb, istərsə də dövlətli – eyni şəkildə hərbi qulluq göstərməlidir.
    Milli hərbi kadrların hazırlanması məqsədilə Hərbiyyə, İstehkamçılar, Hərbi
dəmiryolçular və Hərbi feldşerlər məktəbləri yaradıldı. Əsgər və zabitlər üçün
rütbələr tətbiq edildi. Qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti artıq
30 min nəfər piyada və 10 min nəfər süvaridən ibarət nizami orduya malik idi.
Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi 
münasibətilə keçirilən hərbi parad


Hiç yorum yok: