>

2.11.2018

1-ci Kiçik summativ qitmətləndirmə keçirildi.

Çağırışaqədərki hazırlıq fənnindən 10- və 11-ci siniflərdə 1-ci Kiçik summativ qitmətləndirmələr keçirildi.Məktəbimizin informatika otağında şagirdlər https://herbirehberler.blogspot.com ünvanındakı ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ bloqum vasitəsilə onlayn testdə iştirak etdilər.Belə ki,ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ səhifəsinin onlayn test bölməsinə daxil olarar siniflər üzrə A və B variantları seçimi edilmişdir.Şagirdlər açılan pəncərədə öz elektron poçt ünvanlarını və ad,soyadlarını daxil edərək 25 sualdan ibarət testləri cavablandırdılar.Ümumilikdə şagirdlərin bilik və bacarıq səviyyəsini qənatbəxş hesab etmək olar.10 B sinifinin nəticələrini digər siniflərə baxanda yaxşı cəhətdən xüsusi qeyd etmək olar. Ancaq təmayül 11B sinifimizin   nəticələrini qənaətbəxş saymaq olmaz.Növbəti tədris vahidinin summativ qiymətləndirmələri ümüd edirik ki,daha yüksək olacaq.

Hiç yorum yok: