>

17.04.2019

BÖLMƏ BAYRAQCIĞI İLƏ HƏRƏKƏTLƏR

          BÖLMƏ BAYRAQCIĞI İLƏ HƏRƏKƏTLƏR
178. Sıra duruşu “Farağat” komandasında
bayraqcıq sapının dəmir ucluğu sağ ayağın çöl
kənarına bitişik şəkildə yerə qoyulur. Bayraqcıq
sapı sağ əllə tutularaq çiyinə söykədilir. Bədənin
digər hissələri silahla sıra duruşunda olduğu
kimidir (şəkil 23).
179. “Azad” vəziyyətində bayraqcıq sapının
dəmir ucluğunun yerini dəyişdirmədən sağ əl sapla
yuxarı sürüşdürülərək yerə paralel və qabağa uza-
dılır. Bədənin digər hissələri 55-ci maddədə gös-
tərilən vəziyyətə gətirilir (şəkil 24).

180. Bölmə bayraqcığı ayaq yanında vəziy-
yətində olan silahlarla hərəkət üçün “Çiyinə –
AL”, “Qayışa – AL”, “Çarpaz – TUT” ko-
mandasında üç saya yerinə yetirir.
180.1. Birinci say. Sol əllə bayraqcığın sa-
pından sağ əlin dirsəyi səviyyəsində tutmalı.
180.2. İkinci say. Sol əllə sapı sağ əlin içi ilə çiyin səviyyəsinə
qaldırmalı.
180.3. Üçüncü say. Hər iki əllə sapı, sağ əl kəmər, sol əl alın
səviyyəsinə qədər qaldırılıb sapı bədəndən bir ovuc aralığında bə-
dənin ortasında saxlamalı (şəkil 25).
181. Bölmə bayraqcığı “Addımla” xəbərdarlıq komandası ilə
“Qaldırılma” vəziyyətindən üç sayla daşınma vəziyyətinə gətirilir
(şəkil 26).
181.1. Birinci say. Sağ əli sapın vəziyyətini dəyişdirmədən qol
açılana qədər sapla sürüşdürməli.
181.2. İkinci say. Hər iki əlin sağa tərəf hərəkəti ilə sapın dəmir
ucluğunu yerdən 15 sm yüksəklikdə sağ çiyin boşluğuna söykəməli.
181.3. Üçüncü say. Sağ əllə baş barmaq arxada və dörd barmaq
irəlidə sapı bərk tutmalı, sol əli sərt hərəkətlə yana salmalı (şəkil 26).


182. Bayraqcıq daşıma vəziyyətindən sıra duruşu vəziyyətinə
"DUR" komandası ilə sapı sağ əlin ovucu ilə yerə dəyənə qədər
sürüşdürülərək gətirilir.
183. Bölmə bayraqcığı, yüyürərkən sərbəstcə sapın yuxarı ucu
sola yuxarı, aşağı ucu sağa aşağı vəziyyətdə bədənin ortasının qa-
bağında, sağ qolun dirsəyi bədənə yaxın, sol əl yaxa səviyyəsində tu-
tulur (şəkil 27). Yürüşdən addımla yerişə keçdikdə bayraqcıq sər-
bəst daşıma vəziyyətinə keçirilir. Bölmə bayraqcığının təyinatı, sı-
rada yeri və yerində dönmələr 5-ci əlavədə göstərilir.
184. “Farağat, diqqət – SAĞA (SOLA)” komandasında böl-
mə bayraqcığı “Qaldırma” vəziyyətinə gətirilir və sonra sol qol ilə
önə doğru endirilir (şəkil 28). Bayraqcığın sapı sağ qoltuğun altına
alınaraq düz tutulur, sağ qol dirsəkdən azca bükülür, baş barmaq
bayraqcıq istiqamətində, digər dörd barmaq yumruq vəziyyətində,
sapın altından tutulur. Sağ qolun dirsəyə qədər olan hissəsi bədənə
yapışıq olur. Sapın alt dəmir uclu hissəsi sağ qoltuğun altından iki
qarışa qədər çıxarılır. Sol əl sərt şəkildə yana endirilir, başı rəisə tə-
rəf çevirib nəzəri ilə onu müşayiət edir, hərəkətdə isə qolla hərəkəti
davam etdirir və rəisin yanından keçəndən sonra baş düz tutulur.
185. “Azad” komandası verildikdə sol əllə bayraqcığın sapın-
dan tutub yuxarı “Qaldırılma” vəziyyətini alandan sonra “Azad”,
hərəkətdə isə “Daşınma” vəziyyətinə gətirilir.


Hiç yorum yok: