Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Onlayn dərs” müsabiqəsinin qalibləri təltif olunub.
BŞTİ-nin əmrinə əsasən təşkil olunan müsabiqənin məqsədi ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin onlayn dərslərdəki nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, qabaqcıl təcrübəni öyrənmək, fənlər üzrə ən yaxşı onlayn dərs modellərini müəyyənləşdirməkdən ibarətdir. İki mərhələdən (məktəbdaxili və şəhər) ibarət müsabiqə ibtidai və yuxarı siniflər kateqoriyası üzrə təşkil olunub.
Belə ki, müsabiqənin nəticələrinə əsasən, 12 onlayn dərs nümunəsi qalibinə diplom, 12 fərqlənən dərs nümunəsi sahibinə isə təşəkkürnamə təqdim olunub.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva diplom və təşəkkürnamələri qaliblərə təqdim edib, onlara təbriklərini çatdırıb. Müsabiqənin əhəmiyyətini yüksək dəyərləndirən M.Vəliyeva hər bir müəllimin fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib, onlara uğurlar arzulayıb.
Müəllimlər onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, bundan sonra da səylə çalışacaqlarını ifadə ediblər.
Hiç yorum yok:
Yorum Gönder