>

11.01.2022

Avtomatın hissə və mexanizmlərinin işi

Tətiyi çəkərkən vurucu iynə patronun kapsulunu əzir və əmələ gələn alov şüası barıt atımını alışdırır. Atəş baş verir. Güllə barıt qazlarının təsiri altında lülə kanalı ilə hərəkət edir. barıt qazlarının bir hissəsi  qaz kamerasına dolaraq qaz porşeninə təsir göstərir və çaxmaq çərçivəsini arxaya hərəkət etməyə məcbur edir.  Bu vaxt ərzində güllə lülə kanalını tərk edir,çaxmaq çərçivəsi çaxmaqla birlikdə arxaya hərəkətini davam edir,giliz lülə qutusundan kənara atılır. Atəşi dayandırmaq üçün tətiyi buraxmaq lazımdır.

Hiç yorum yok: