>

17.02.2024

Hərbi təhsil

Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 4 il
Yaş həddi: Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.
  Heydər Əliyev adına Hərbi İnstitutun 3 fakültəsində (Quru Qoşunları və Ümumfənlər fakültəsi, Hərbi Hava Qüvvələri fakültəsi və Hərbi Dəniz Qüvvələri fakültəsi) 23 hərbi ixtisas üzrə zabit kadrları hazırlanır. Burada hərbi ixtisaslarla yanaşı, təhsilalanlara ali təhsil pilləsinin bakalavriat səviyyəsi üzrə “sistemlər mühəndisliyi”, “aerokosmik mühəndislik”, “radiotexnika və telekommunikasiya mühəndisliyi”, “elektrik və elektronika mühəndisliyi” və “mexanika mühəndisliyi” ixtisasları üzrə mütəxəssislər hazırlanır.


Hiç yorum yok: