>

Yayımlar

17.02.2024

Hərbi təhsil

Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 4 il
Yaş həddi: Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.
  Heydər Əliyev adına Hərbi İnstitutun 3 fakültəsində (Quru Qoşunları və Ümumfənlər fakültəsi, Hərbi Hava Qüvvələri fakültəsi və Hərbi Dəniz Qüvvələri fakültəsi) 23 hərbi ixtisas üzrə zabit kadrları hazırlanır. Burada hərbi ixtisaslarla yanaşı, təhsilalanlara ali təhsil pilləsinin bakalavriat səviyyəsi üzrə “sistemlər mühəndisliyi”, “aerokosmik mühəndislik”, “radiotexnika və telekommunikasiya mühəndisliyi”, “elektrik və elektronika mühəndisliyi” və “mexanika mühəndisliyi” ixtisasları üzrə mütəxəssislər hazırlanır.


Davamını Oxu »

Fənn kurikulumu -2013


AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ FƏNNİ ÜZRƏ TƏHSİL PROQRAMI 
(KURİKULUMU) (X-XI siniflər)

X sinif

Х sinfin sonunda şagird:

· Azərbaycan Silahlı Qüvvələrinin yaranması, inkişafı, dövlət və hərbi atributları, Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələr barədə bilikləri, Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını şərh edir;
 · daxili xidmət, qarnizon və qaravul xidməti, sıra və intizam nizamnamələrinin ümumi müddəalarını şərh edir;
· müasir ümumqoşun döyüşü, döyüşün növləri, motoatıcı manqanın təşkili, döyüş imkanları, atıcı silahlar və əl qumbaralarının təyinatını, onların taktiki-texniki xassələrini, zirehli döyüş texnikaları haqqında bilikləri və onlardan istifadə qaydalarını şərh edir;
· ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutlarla hərəkəti tətbiq edir;
· fövqəladə hadisələr zamanı mülki müdafiə dair biliklər nümayiş etdirir.
· sağlam həyat tərzinə, bütün növ fövqaladə hadisələr zamanı ilk tibbi yardım göstərməyə dair bilik və bacarıqlar nümayiş edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1.Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları
Şagird:

1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Dövlət və hərbi atributları tanıyır və onları şərh edir.
1.1.2. Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələr barədə təqdimat edir.
1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri barədə biliklər nümayiş etdirir.
1.2.1. Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını şərh edir.
1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Sıra və intizam nizamnamələrinin ümumi müddəalarını şərh edir. 1.3.2. Daxili Xidmət, qarnizon və qaravul xidməti nizamnamələrinin ümumi müddəalarını şərh edir.  

2. Həyat fəaliyətinin təhlükəsizliyinin təminatı.
Şagird:

2.1. Müasir ümumqoşun döyüşü üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Müasir ümumqoşun döyüş və döyüş təminatı növlərini izah edir.
2.1.2. Motoatıcı manqanın təşkili və döyüş imkanları haqqında biliyini şərh edir.
2.2. Müasir döyüş vasitələri üzrə biliklərini nümayiş etdirir.
2.2.1. Atıcı silahların və əl qumbaralarının taktiki-texniki xassələri barədə təqdimat edir.
2.2.2. Manqanın mövqeyinin mühəndis təminatı üzrə biliklər nümayiş etdrir. 2.2.3. Zirehli döyüş texnikaları haqqında biliklərini şərh edir.
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
2.3.1. Ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutla hərəkəti tətbiq edir. 
2.4. Fövqəladə hadisələr zamanı mülki müdafiəyə dair biliklər nümayiş etdirir. 
2.4.1. Fövqəladə hadisələri təsnif edir.
2.4.2. Təbii fəlakətlər haqqında biliklərini şərh edir.
2.4.3. Kütləvi qırğın silahları və onların dağıdıcı vasitələri haqqında biliklərini şərh edir.
2.5. Mühafizə vasitələrindən istifadə edir.
2.5.1. Fərdi mühafizə vasitələri haqqında biliklərini şərh edir.
2.5.2. Kollektiv mühafizə vasitələri haqqında biliklərini nümayiş etdirir.

3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Şagird:

3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
3.1.1. Sağlam həyat tərzini təşkil edən amillər haqqında biliklərini nümayiş etdirir.
3.2. İlk tibbi yardımın göstərilməsinə dair bilik və bacarıqlar nümayiş etdirir. 3.2.1. Yaralanma və bədbəxt hadisə zamanı zərərçəkənlərə ilk tibbi yardım göstərir.
3.2.2. Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
3.2.3. Bioloji vasitələrdən, yoluxucu xəstəliklərdən mühafizə qaydalarına əməl edir. 

Davamını Oxu »

10.10.2023

Yeni dərsliklərə uyğun testlər


 

Davamını Oxu »

29.08.2023

2023-2024 cü tədris ilinin təqvimi






 




 

Davamını Oxu »

24.09.2022

27 sentyabr Anım Günü


Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. 


27 sentyabr 2020-ci il - Zəfər tarixinin başlanğıcı
Davamını Oxu »

10.09.2022

Hərbi rəhbərin sənədləri və İllik dərs planı

Davamını Oxu »

1.05.2022

"Şahin" hərbi-idman oyunlarının keçirilməsi mərhələləri

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Müdafiə Nazirliyinin, Təhsil Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmişdir

Davamını Oxu »

8.04.2022

“Yaradıcı müəllim” müsabiqəsinin qalibləri mükafatlandırlıb

 



 


Davamını Oxu »