>

3.04.2017

İBTİDAİ HƏRBİ HAZIRLIQ RƏHBƏRİ






İBTİDAİ HƏRBİ HAZIRLIQ RƏHBƏRİ
Əmək funksiyası:
İbtidai hərbi hazırlıq üzrə tədris, fakültativ və sinifdən-xaric məşğələlərin yüksək elmi-nəzəri və metodik səviyyədə planlaşdırılmasını və aparılmasını təşkil edir. Müəllimlərin mülki və tibbi biliklərin əsasları üzrə apardıqları işlərə rəhbərliyi həyata keçirir. Məşğələlərdə dərsə davamiyyətin və mənimsəmənin uçotunu aparır. Təlim-tərbiyə işlərinin təkmilləşdirilməsinə dair təkliflər irəli sürür. Daha səmərəli forma, metod və vasitələri tətbiq edir. Şagirdlərin-gənclərin şəxsi keyfiyyətlərini və fərdi xüsusiyyətlərini öyrənir, onları hərbi xidmətə hazırlayır. Hərbi işlərin əsaslarının öyrənilməsi üzrə fəaliyyət göstərən bölmələrin işinə rəhbərlik edir, Hərbi idman oyunlarının keçirilməsini təşkil edir. Bədən tərbiyəsi müəllimi ilə birlikdə şagirdlərin atıcılıq, qumbaraatma və mülki-müdafiə üzrə ƏMHO kompleksi normalarını ödəməyə hazırlayır. Təlim-tərbiyə müəssisəsinin vətənpərvərlik və beynəlmiləlçilik işləri üzrə apardıqları tədbirlərin planlaşdırılmasında iştirak edir. Hərbi hissələrin hamiliyinin həyata keçirilməsi üzrə işləri təşkil edir və təlimin təkmilləşdirilməsində, həmçinin şagirdlərin vətənpərvərlik tərbiyəsində onların köməyindən maksimum istifadə edir. İbtidai hərbi hazırlıq işlərinin tədris-maddi bazasının yaranmasını və təkmilləşdirilməsini təmin edir. Uçot işlərini aparır, silahların, hərbi əmlakın qorunmasını və təmirini təşkil edir. Silahla, hərbi texnika və döyüş sursatı ilə keçən məşğələlər zamanı təhlükəsizlik tədbirlərinin gözlənilməsini təmin edir. Qəbul edilmiş formada hesabatlar tərtib edir.
Bilməlidir:
Şagirdlərin ibtidai hərbi hazırlıq işlərinin təşkilini, onlara vətənpərvərlik və beynəlmiləlçilik tərbiyəsi üzrə xidmətin və digər orqanların qərarını, Silahlı Qüvvələrik Nizamnaməsini və təlimatlarını, silahların, cihazların, təlimin hərbi texnika vasitələrinin maddi hissəsini, ibtidai hərbi hazırlıq və Hərbi vətənpərvərlik tərbiyəsinin həyata keçirilməsinin forma və metodlarını, pedaqogika və psixologiya elminin əsaslarını, hesabat və tədrislə bağlı sənədlərin forma və tərtib qaydalarını, təhlükəsizlik texnikası, şagirdlərin həyat və sağlamlığının qorunması keşiyində durmaq qaydaları və normalarını,
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
11-ci  dərəcə  -  xüsusi  hazırlıq keçmiş,  ümumi  orta  təhsilli, pedaqoji stajı ən azı 5 il;
12-ci dərəcə - xüsusi hazırlıq keçmiş, ümumi orta təhsilli, pedaqoji stajı 10 ildən çox və ya orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər;
13-cü dərəcə - orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək və ya orta hərbi təhsilli, yaxud ali təhsilli, pedaqoji stajı   hər iki halda 5 ilə qədər;

14-cü dərəcə - ali təhsilli, pedaqoji stajı 5 ildən artıq; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən artıq; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən artıq, ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan.

Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi qeydə
almışdır       
Qeydiyyat № 40
04 aprel 1997-ci il


Nazir əvəzi        S. Həsənov
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin
29 mart 1997-ci il tarixli
16-4/3 nömrəli kollegiya qərarı
ilə təsdiq edilmişdir

Nazir                   Ə. Nağıyev

                               

Təhsil sahəsi işçilərinin qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas
sorğu kitabçası
Hissə - 75

2 yorum:

Unknown dedi ki...

təşəkkür edirəm uğurlar

Unknown dedi ki...

təşəkkür edireəm