İBTİDAİ
HƏRBİ HAZIRLIQ RƏHBƏRİ
Əmək funksiyası:
İbtidai hərbi hazırlıq üzrə
tədris, fakültativ və sinifdən-xaric məşğələlərin yüksək elmi-nəzəri və metodik
səviyyədə planlaşdırılmasını və aparılmasını təşkil edir. Müəllimlərin mülki və
tibbi biliklərin əsasları üzrə apardıqları işlərə rəhbərliyi həyata keçirir. Məşğələlərdə
dərsə davamiyyətin və mənimsəmənin uçotunu aparır. Təlim-tərbiyə işlərinin təkmilləşdirilməsinə
dair təkliflər irəli sürür. Daha səmərəli forma, metod və vasitələri tətbiq
edir. Şagirdlərin-gənclərin şəxsi keyfiyyətlərini və fərdi xüsusiyyətlərini öyrənir,
onları hərbi xidmətə hazırlayır. Hərbi işlərin əsaslarının öyrənilməsi üzrə fəaliyyət
göstərən bölmələrin işinə rəhbərlik edir, Hərbi idman oyunlarının keçirilməsini
təşkil edir. Bədən tərbiyəsi müəllimi ilə birlikdə şagirdlərin atıcılıq,
qumbaraatma və mülki-müdafiə üzrə ƏMHO kompleksi normalarını ödəməyə
hazırlayır. Təlim-tərbiyə müəssisəsinin vətənpərvərlik və beynəlmiləlçilik işləri
üzrə apardıqları tədbirlərin planlaşdırılmasında iştirak edir. Hərbi hissələrin
hamiliyinin həyata keçirilməsi üzrə işləri təşkil edir və təlimin təkmilləşdirilməsində,
həmçinin şagirdlərin vətənpərvərlik tərbiyəsində onların köməyindən maksimum
istifadə edir. İbtidai hərbi hazırlıq işlərinin tədris-maddi bazasının
yaranmasını və təkmilləşdirilməsini təmin edir. Uçot işlərini aparır,
silahların, hərbi əmlakın qorunmasını və təmirini təşkil edir. Silahla, hərbi
texnika və döyüş sursatı ilə keçən məşğələlər zamanı təhlükəsizlik tədbirlərinin
gözlənilməsini təmin edir. Qəbul edilmiş formada hesabatlar tərtib edir.
Bilməlidir:
Şagirdlərin ibtidai hərbi
hazırlıq işlərinin təşkilini, onlara vətənpərvərlik və beynəlmiləlçilik tərbiyəsi
üzrə xidmətin və digər orqanların qərarını, Silahlı Qüvvələrik Nizamnaməsini və
təlimatlarını, silahların, cihazların, təlimin hərbi texnika vasitələrinin
maddi hissəsini, ibtidai hərbi hazırlıq və Hərbi vətənpərvərlik tərbiyəsinin həyata
keçirilməsinin forma və metodlarını, pedaqogika və psixologiya elminin əsaslarını,
hesabat və tədrislə bağlı sənədlərin forma və tərtib qaydalarını, təhlükəsizlik
texnikası, şagirdlərin həyat və sağlamlığının qorunması keşiyində durmaq
qaydaları və normalarını,
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
11-ci dərəcə
- xüsusi hazırlıq keçmiş, ümumi
orta təhsilli, pedaqoji stajı ən
azı 5 il;
12-ci dərəcə - xüsusi
hazırlıq keçmiş, ümumi orta təhsilli, pedaqoji stajı 10 ildən çox və ya orta
ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər;
13-cü dərəcə - orta ixtisas
təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək və ya orta hərbi təhsilli, yaxud ali
təhsilli, pedaqoji stajı hər
iki halda 5 ilə qədər;
14-cü dərəcə - ali təhsilli,
pedaqoji stajı 5 ildən artıq; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən
artıq; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən artıq, ali hərbi təhsilli,
pedaqoji staja tələb qoyulmadan.
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi qeydə
almışdır
Qeydiyyat № 40
04 aprel 1997-ci il
Nazir əvəzi S. Həsənov
|
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin
29 mart 1997-ci il tarixli
16-4/3 nömrəli kollegiya
qərarı
ilə təsdiq edilmişdir
Nazir Ə.
Nağıyev
|
Təhsil
sahəsi işçilərinin qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas
sorğu
kitabçası
Hissə
- 75
2 yorum:
təşəkkür edirəm uğurlar
təşəkkür edireəm
Yorum Gönder