>

1.05.2022

"Şahin" hərbi-idman oyunlarının keçirilməsi mərhələləri

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Müdafiə Nazirliyinin, Təhsil Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmişdir

“Ş A H İ N”hərbi-idman oyununun

 Ə S A S N A M Ə S İ

     1.Məqsəd

          «Şahin» hərbi-idman oyununun keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına kömək göstərməkdir.

                                                     2.Oyunun keçirilmə mərhələləri

   “Şahin” hərbi-idman oyunu 4 tur üzrə keçirilir:

    - məktəbdaxili-seçmə mərhələsi;

    - rayon (şəhər) birincilikləri;

    - regional zona birincilikləri;  

    - respublika final yarışı. 

 3.Komandanın tərkibi

 Oyunlar tam orta məktəblərin VIII və X sinif şagirdləri arasında keçirilir. Hər komandanın tərkibində 14 nəfər (10 oğlan, 4 qız) iştirak edir. Onlardan 5 oğlan və 2 qız VIII sinif şagirdlərindən, 5 oğlan və 2 qız isə X sinif şagirdlərindən ibarət komplektləşdirilir.

 4.Oyunun keçirilmə qaydaları

 4.1. “Şahin” hərbi-idman oyununun rayon (şəhər) və regional zona birinciliklərinin təşkili və keçirilməsi ilə bağlı yerli gənclər və idman idarələri, respublika final yarışında isə Gənclər və İdman Nazirliyi tərəfindən təşkilat Komitəsi yaradılır.

4.2. Yarışların açılış mərasimində iştirakçı komandanın birinci cərgədə sağda duran üzvü bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinin 178-ci maddəsində göstərilən formada tutur. Sıra duruşu “Farağat” komandasında bayrağın sapının ucluğu sağ ayağın çöl kənarına bitişik şəkildə yerə qoyulur. Bayrağın sapı sağ əllə tutularaq çiyinə söykədilir.  

4.3. Yarış 5 mərhələ üzrə keçirilir. Komanda yarışlarda müəyyənləşdirilmiş vahid formada iştirak edir. Komanda üzvünün hər birinin boy sırası ilə nömrələnmiş emblemi və döş nişanı olmalıdır. Komanda üzvünün 1-dən 14-dək nömrələnmiş emblemi sifarişdə onun qeyd olunduğu sıra sayı ilə eyni olmalıdır.  

     4.4. Rayon (şəhər), regional zona birinciliklərində və respublika final yarışında komandaların  nəticələrinə və hakimlər heyətinin yekun qərarına uyğun olaraq I, II və III yerlərin hər birinə yalnız bir komanda layiq görülür.

     4.5. Rayon (şəhər) və regional zona birinciliklərində komandaları təmsil edən və qeydiyyatdan keçmiş nümayəndələri tərəfindən yarışın foto və videoçəkilişinin aparılmasına icazə verilir (yarışın gedişınə mane olmamaq şərti ilə).

 5.Komandaların yarışa buraxılma qaydaları

          5.1. Hərbi geyimdə (o cümlədən, hərbi geyim dəstinin hər hansı bir elementi) olan komanda üzvləri yarışa buraxılmır.

5.2. Sifarişi olmayan komanda, həmçinin şagird vəsiqəsi, doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti, sağlamlıq haqqında tibbi arayışı olmayan komanda üzvləri yarışa buraxılmır.

5.3. Yarışda komandalar tam tərkibdə iştirak etməlidir. İştirak etməyən hər bir komanda üzvünə görə yekun nəticədən 1 (bir) bal çıxılır. Üzvlərdən 3 (üç) və daha çoxu iştirak etmədiyi halda isə komanda yarışa buraxılmır.

 6.Mandat komissiyasının yaradılması

     6.1. Komandaların sənədlərinin (sifarişlər, iştirakçı vəsiqələri, sağlamlıq haqqında arayışlar, doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti) düzgün tərtibatını, komanda üzvlərinin yaş həddini (təvəllüd), təhsil aldığı məktəbə və sinfə uyğunluğunu, geyim formasını yoxlamaq üçün tərkibi 3-5 nəfərdən ibarət “Mandat Komissiyası” (bundan sonra-komissiya) yaradılır.

      6.2. Müvafiq komissiyaların tərkibi rayon (şəhər) və regional zona birinciliklərində yerli gənclər və idman idarələri, final yarışında isə Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq edilir.

      6.3. Müşahidə olunan nöqsanlar və çatışmazlıqlar komissiya tərəfindən  aktlaşdırılır və komandaların yarışa buraxılmasına dair qərar qəbul edilir. Eyni zamanda həmin komissiya yarışın nəticələrindən asılı  olmayaraq, 3 gün ərzində daxil olmuş şikayətlər əsasında əlavə araşdırmalar  aparmaq, qayda pozuntuları ilə bağlı təsdiq edilmiş faktlara uyğun olaraq,  nəticələrin dəyişdirilməsi üçün vəsadət qaldırmaq səlahiyyətlərinə malikdir.  Rayon (şəhər) və zona birinciliyində hərbi hissənin, respublika final yarışında isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin səlahiyyətli nümayəndəsi Mandat  komissiyasının sədri təyin edilir.

     6.4. Oyunun qeyri-obyektiv keçirilməsi, Əsasnaməyə uyğun təşkil edilməməsi və nəticələrin dəyişdirilməsi ilə bağlı şikayətlərə qiymət verilməsi təqdim olunan faktlar əsasında yarış zamanı təmin edilir. Yarışdan sonra foto və ya video materiallar, o cümlədən digər təsdiqləyici faktlar təqdim edilmədiyi təqdirdə heç bir şikayətə baxılmır. Yekun qərar komissiya tərəfindən verilir.

7.Qiymətləndirmə

7.1. Hər mərhələ münsiflər heyəti tərəfindən 5 (beş) ballıq sistem üzrə qiymətləndirilir.

7.2. Yekunda hər bir komandanın ayrı-ayrı mərhələlər üzrə əldə etdiyi orta balların cəmi, eləcədə yarışın gedişində itirilmiş və qazanılmış ballar nəzərə alınmaqla əldə olunan nəticə 5-ə (mərhələlərin sayına) bölünür və həmin nəticə onluq dəqiqliyi ilə hesablanır. Yarışın 5 növü üzrə ümumi ballar hesablanarkən əgər eyni nəticə olarsa, "Sıra hazırlığı" mərhələsində sıra addımı və mahnı ilə hərəkət zamanı yüksək nəticə göstərmiş komandaya, daha sonra isə “Maneələrin dəf olunması” mərhələsində daha çox bal toplayan komandaya üstünlük verilir. Eyni qayda ilə növbəti mərhələlərin nəticəsi nəzərə alınır.

     7.3. Oyunun nəticələri ilə bağlı tərtib edilən yekun protokollar zona birinciliyi keçirilən rayon (şəhər) üzrə gənclər və idman idarəsinin rəisi, Mandat komissiyasının sədri və baş hakim, ayrı-ayrı mərhələlər üzrə isə həmin mərhələyə məsul olan hakimlər tərəfindən imzalanır. Protokollar hərbi hissə komandiri və gənclər və idman idarəsinin rəisi tərəfindən möhürlə təsdiq edilir.

Qiymətləndirmə nümunəsi:

Əgər komandanın 5 mərhələ üzrə ümumi nəticəsi (4+5+4+3+4=20) 20 bal olarsa, yekun nəticə aşağıdakı kimi hesablanır:       

     20 bal : 5 mərhələ = 4 bal (ümumi nəticə)

Əgər 2-ci mərhələ (“Fiziki hazırlıq”) üzrə 1 bal əlavə edilərsə, eyni zamanda 5-ci (“Çadırın qurulması”) mərhələsi üzrə 1 bal çıxılarsa, yekun nəticə aşağıdakı kimi hesablanır:  :  

             4 bal+1bal-1bal = 4 bal  (yekun nəticə)

ŞAHİN” HƏRBİ-İDMAN OYUNUNUN MƏRHƏLƏLƏRİ

SIRA HAZIRLIĞI

     Komanda tam tərkibdə sıraya düzülür. Əvvəlcə yarışların hakimi baş hakimə məruzə edir, sonra komanda öz bacarığını nümayiş etdirir. Hərəkətlər komandanın kapitanının göstərişi ilə icra olunur:

1. Sıra addımı ilə hərəkət (təntənəli marşla)

2. Mahnı ilə hərəkət

3. Kapitanların məruzəsi, cərgə nizamı (“Düzlən” “Fərəqət” “Azad”) və salamlaşma

4. Komandirin əmri ilə dağılma, bir və iki cərgə, bir cərgədən iki cərgəyə və əksinə düzülmə

5. Yerində və hərəkət zamanı dönmələr (sağa, sola, geriyə)

Komanda üzvlərinin hərəkətləri hakimlər heyəti tərəfindən 10 (on) ballıq sistem üzrə qiymətləndirilir. Toplanmış qiymətlərin cəmi 5-ə (hərəkətlərin sayına) bölünərək, onluq dəqiqliyi ilə orta bal çıxarılır və həmin nəticə 2-yə bölünməklə 5 (beş) ballıq sistem üzrə onluq dəqiqliyi ilə komandanın “Sıra hazırlığı” mərhələsindəki  göstəricisi müəyyən olunur. Eyni bal toplamış komandalardan sıra addımı və mahnı ilə hərəkətdə yüksək bal toplamış komandaya üstünlük verilir.

     Sıra düzülüşü üç-üç kolonla həyata keçirilir. Sıra addımı və mahnı ilə hərəkət zamanı komandalar düzülərkən arxa cərgə tamamlanır. Sıra addımı ilə hərəkətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinə uyğun keçirilir.

II. FİZİKİ    HAZIRLIQ

Hər komandadan 2 nəfər (1 oğlan və 1 qız) iştirak edir. Yarış 2 məntəqə üzrə keçirilir. Qiymətləndirmə 5 (beş) ballıq sistem üzrə aparılır. İki məntəqənin hər birində əldə edilən qiymətlər toplanıb 2-yə (məntəqələrin sayına) bölünərək “Fiziki hazırlıq” mərhələsində əldə edilən orta qiymət çıxarılır və komandanın ümumi nəticəsinə əlavə edilir.

                     

I məntəqə: “100 metr məsafəyə qaçış” (1 nəfər qız – X sinif)

Normativ:

5 bal-14 san.

4 bal-15 san.

3 bal-16 san.

2 bal-17 san.

1 bal-18 san.

0 bal-19 saniyə və daha yuxarı

 

II məntəqə: “Turnikdə dartınma” (1 nəfər oğlan – X sinif)

 

   Normativ:

   5 bal-19-22 dəfə

   4 bal-16-18 dəfə

   3 bal-13-15 dəfə

   2 bal-9-12 dəfə

   1 bal- 5-8 dəfə

   0 bal-4 dəfə və daha aşağı

 

Qeyd: 23 dəfə və daha çox dartınan iştirakçıya görə komandanın “Fiziki hazırlıq” mərhələsində əldə etdiyi ümumi nəticəyə 1 (bir) bal əlavə edilir.

              

 

III. MANEƏLƏRİN  DƏF  OLUNMASI

Bu mərhələ 200 metr məsafədə “estafet” formasında keçirilir. Yarışda 7 nəfər (VIII sinif - 5 oğlan və 2 qız) iştirak edir. İştirakçıların üstündə əleyhqaz olmalıdır. Bu mərhələ 5 maneədən ibarətdir. Ən tez vaxt ərzində maneələri dəf edən komanda qalib elan olunur. Komanda üzvləri 5 maneənin hər birini keçdikdən sonra, yenidən qaçaraq “START” nöqtəsinə çatırlar. Saniyəölçən komanda üzvlərindən axırıncının finişə çatdığı vaxt dayandırılır. Maneələri düzgün keçməyən hər bir iştirakçıya görə təyin edilən cərimə vaxtı  komandanın bu mərhələdə göstərdiyi nəticəyə (vaxt göstəricisinə) əlavə edilir.

        Normativ:

        5 bal-3 dəq.40 san. - 3 dəq. 50 san.                      

        4 bal-3 dəq.51 san. - 4 dəq.         

        3 bal-4 dəq. 01 san. - 4 dəq. 10 san.        

        2  bal-4 dəq. 11 san. - 4 dəq.20 san.       

        1 bal-4 dəq. 21 san. - 4 dəq. 30 san.        

        0 bal-4 dəq. 30 saniyədən yuxarı

 Taxta hasarın üstündən keçməklə maneənin dəf olunması

Estafetin başlanması ilə bağlı əmr verilir və saniyəölçən işə salınır. Komanda üzvləri bir-birinin ardınca taxta hasarın üstündən keçməklə maneəni dəf edirlər. Maneəni dəf edərkən komanda üzvləri bir-birinə kömək edə bilərlər. Taxta hasarın hündürlüyü 1,2 metr, eni 2,0 metr olmalıdır. Maneəni istənilən formada dəf edə bilməyən hər bir iştirakçıya 10 saniyə cərimə verilir.

       Kəndir vasitəsi ilə "təhlükəli zolağın" qət olunması

Ağacın budağından (yaxud başqa üsulla yüksəklikdən) kəndir asılır. Yarış iştirakçıları "təhlükəli zolağa" yaxınlaşır və kəndirdən sallanmış halda yellənərək 5 metr məsafədə yerdə qeyd olunmuş "təhlükəli zolağı" qət edirlər. "Təhlükəli zolağa" daxil olmaq qadağandır. "Təhlükəli zolağı" qət edə bilməyən  və ya həmin zonaya düşən komanda üzvünə görə 10 saniyə cərimə verilir.

QEYD: Kəndir komanda üzvünün əlindən çıxıb "təhlükəli zolaqda" qalarsa, cərimə vaxtı təyin edilmədən komandanın kapitanı onu yenidən komanda yoldaşına ötürür.

Kəndir vasitəsi ilə yüksəkliyə dırmanma və yüksəklikdən enmə

Yarış iştirakçılarının hər biri kəndir vasitəsi ilə hündürlüyü 4 metr olan yüksəkliyə dırmanır. Komanda üzvləri bir-birlərinə kömək edə bilərlər. Yüksəkliyə dırmandıqdan sonra komanda üzvləri ardıcıllıqla kəndir vasitəsi ilə yüksəklikdən enərək sonrakı mərhələyə keçirlər.  Mərhələni axıra kimi yerinə yetirməyən komanda üzvünə görə 30 saniyə cərimə verilir. 

Yerlə sürünməklə maneənin dəf olunması

Hündürlüyü 50 sm, eni 1 metr olmaqla  6 metr məsafədə yerə taxtalar bərkidilir, üstünə isə məftil və ya kəndir çəkilir. Yarış iştirakçıları bir-birinin ardınca həmin maneələri yerlə sürünməklə dəf edirlər. Komanda üzvlərindən hər hansı biri maneənin istənilən bir hissəsinə toxunarsa, həmin komanda üzvünə hər toxunmaya görə 10 saniyə cərimə verilir.

5.  İstehkamda yerləşərək hədəfə “qumbara” atmaq

Komanda üzvləri “istehkamda” mövqe tutub hərəyə bir ədəd olmaqla, çəkisi 500 qram olan təlim qumbaralarını (7 ədəd) hədəfə atırlar. Hədəf 20 metr məsafədən başlayaraq yerləşdirilən eni 10 metr və uzunluğu 10 metr olan kvadrat şəkilli sahədən ibarətdir. Qiymətləndirmədə qumbaraların həmin sahə daxilinə düşməsi və həmin sahədən az məsafə qət etməsi nəzərə alınır. Sahədən kənara düşən qumbaralar da az məsafə qət edilməsi kimi qiymətləndirilir. Qumbara müəyyən olunmuş sahədən uzağa atıldığı halda da onun sahə daxilinə düşməsi kimi qiymətləndirilir.               

          Normativ:

          20 metr və daha çox (sahə daxilinə) – 0 san.

          0-20 metr – 20 san.

 Əgər bu normativlər yerinə yetirilərsə,  müəyyən məsafəyə atılmış hər bir qumbara hesaba alınmaqla normativlə müəyyən olunmuş vaxt komandanın estafetdə əldə etdiyi vaxt göstəricisinə əlavə edilir.

 QEYD 1: Əgər iştirakçıların üstündə əleyhqaz olmazsa, komanda 1 (bir) bal cərimə olunur və komandanın bu mərhələdə əldə etdiyi baldan çıxarılır.

 QEYD 2: Maneələr zolağının dəf olunması mərhələsinin sxematik planı Əsasnaməyə əlavə olunur.

   IV. MÜLKİ  MÜDAFİƏ  HAZIRLIĞI

Yarışda komandalar tam tərkibdə (14 nəfər -10 oğlan, 4 qız) iştirak edirlər. Hər bir iştirakçıda əleyhqaz, hər komandanın 4 nəfər üzvündə isə sanitar çantası olmalıdır. “Mülki müdafiə hazırlığı” mərhələsindəki ayrı-ayrı növlərdə normativə uyğun olaraq qazanılmış balların cəmi 3-ə (növlərin sayına) bölünərək komandanın bu mərhələdə əldə etdiyi orta bal tapılır və ümumi nəticəyə əlavə olunur. Yarışın bu mərhələsi 3 növdə keçirilir: əleyhqazın geyinilməsi

Bu növdə bütün komanda üzvləri iştirak edirlər. Əleyhqazın geyinilməsi əmri («qaz buraxılmışdır» əmri) aşağıda göstərilən normativ vaxt üzrə qiymətləndirilir.

 Normativ:

 5 bal-8 san.

 4 bal-9 san.

 3 bal-10 san.

 2 bal-11 san.

 1 bal-12 san.

 0 bal-12 saniyədən yuxarı

Yaralınıntapılması, ona əleyhqazın geyindirilməsi, “Zəhərli zonadan çıxarılması tibb məntəqəsi çatdırılması.

Hər komandadan 6 nəfər (VIII sinif - 4 oğlan, 2 qız) iştirak edir. Mərhələnin bu növü 50 metr məsafədə keçirilir. Əvvəlcə komanda üzvləri əleyhqaz geyinib 25 metr məsafə qət edərək “Yaralınıaxtarıb tapır. Daha sonraYaralıya” əleyhqaz geyindirib növbəti 25 metr məsafəni qət edərək “Zəhərli zona”dan çıxarır və "tibb məntəqə"sinə çatdırırlar.

 Qeyd: "Yaralı" hakimlər heyəti tərəfindən müəyyən olunmuş yerdə yerləşdirilir.

Normativ:

5 bal- 0-18 san.                    

4 bal-19-21 san.                    

3 bal-22-24 san.                    

2 bal-25-27 san.                    

1 bal-28-30 san.                    

0 bal-30 saniyədən yuxarı

 c) Sanitarların yarışı

Yarışın bu mərhələsində hər komandadan 4 nəfər qız iştirak edir. Bu məqsədlə sanitar postu və 2 sanitar məntəqəsi yaradılır. Hakimlər heyəti komanda üzvlərinin hərəkətlərini 5 (beş) ballıq sistem üzrə qiymətləndirirlər. Bu mərhələ 2 məntəqədə keçirilir.

I məntəqə: «Qanaxmanın müvəqqəti dayandırılması».

Hər komandadan 4 nəfər qız (VIII və X sinif) məntəqəyə yaxınlaşır. “Qanaxmanın müvəqqəti dayandırılması” üçün lazımi ləvazimatlar əvvəlcədən masanın üstünə qoyulur. Hakim əmr verir. “Qanaxmanı müvəqqəti dayandırdıqdan” sonra onun tarixi və vaxtı yazılır.

 Normativ:

5 bal - 10 san.

4 bal - 11-15 san.

3 bal - 16-25 san.

2 bal - 26- 30 san.

1 bal - 31-35 san.

0 bal - 35 saniyədən yuxarı

 QEYD: “Qanaxmanahiyəsi hakim tərəfindən müəyyən edilir. Əgər komanda tapşırığı 10 saniyədən tez yerinə yetirərsə, həmin komandanın “Mülki müdafiə hazırlığı” mərhələsində əldə etdiyi ümumi nəticəyə 1 (bir) bal əlavə olunur.

 II məntəqə: “Yaralıya” ilk tibbi yardım göstərilməsi

“Yaralıya” ilk tibbi yardım göstərmək üçün “başa sarğı qoyulması”, sonra isə “Aşağı ətraflara sarğının qoyulması” tapşırığı yerinə yetirilir.

     Qiymətləndirmə:

 Hər bir komandanın I məntəqədə normativə uyğun olaraq qazandığı bal (əlavə ballar da nəzərə alınmaqla) və II məntəqənin hər iki tapşırığına görə müəyyən olunmuş orta bal toplanaraq məntəqələrin sayına (2-yə) bölünməklə komandanın bu növdə əldə etdiyi orta qiymət tapılır və ümumi nəticəyə əlavə edilir.

 Normativ: “Başa sarğının qoyulması

5 bal - 45 san. - 1 dəq.

4 bal - 1 dəq. 01 san. - 1 dəq. 15 san.   

3 bal - 1 dəq. 16 san. - 1 dəq. 30 san.

2 bal - 1 dəq. 31 san. - 1 dəq. 45 san.

1 bal - 1 dəq. 46 san. - 2 dəq

0 bal - 2 dəqiqədən yuxarı

 Normativ: “Aşağı ətraflara sarğının qoyulması”   

5 bal - 45 san. - 50 san.

4 bal - 51 san. - 1 dəq.

3 bal - 1 dəq. 01 san. - 1 dəq. 15 san.

2 bal - 1 dəq. 16 san. - 1 dəq. 30 san.

1 bal - 1 dəq. 31 san. - 1 dəq. 45 san.

0 bal - 1 dəq. 45 saniyədən yuxarı

QEYD: Hər iki tapşırığın yerinə yetirilməsində “yara” nahiyəsi hakim tərəfindən təyin olunur və uzunluğu 5 metr olan sarğıdan istifadə olunur. 

 

V. ÇADIRIN QURULMASI

 Yarışda turist çadırlarından istifadə olunur. Çadır hazır vəziyyətə gətirilir.  Bütün komanda üzvləri çadırın qurulmasında iştirak edə bilər. Çadır qurularkən əvvəldən sonadək zəruri hərəkətlər yerinə yetirilir (Bütün dayaqlar yerə bərkidilir, ümumi konstruksiya tam və düzgün yığılır). Çadır qurulduqdan sonra raport verilir. Hakimlər raportu qəbul edir və saniyəölçən dayandırılır. Komandanın göstərdiyi nəticə normativlə müəyyən olunmuş beş ballıq sistem üzrə qiymətləndirilir.

QEYD: Normativlə müəyyən olunmuş vaxt ərzində çadırı tam qura bilməyən komandaya xal verilmir. Əgər çadırı qurmadan mərhələnin başa çatması ilə bağlı komandanın kapitanı raport verərsə, saniyəölçən dayandırılır və normativlə nəzərdə tutulan qiymətləndirmə aparılmır. Bu halda komandanın ümumi nəticəsindən 1 (bir) bal çıxılır.  

Normativ:

5 bal - 2 dəqiqə

4 bal - 2 dəq. 01 san. - 2 dəq. 30 san.

3 bal - 2 dəq. 31 san. - 3 dəqiqə

2 bal - 3 dəq. 01 san. - 3 dəq. 30 san.

1 bal - 3 dəq. 31 san. - 4 dəqiqə

0 bal - 4 dəqiqədən çox