“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliklərinə yekun vurulmuşdur
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında 31 may 2017-ci il tarixində VI “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı şəhəri üzrə zona birinciliyi keçirilmiş və bununla da may ayının 10-dan etibarən start götürmüş zona birinciliklərinə yekun vurulmuşdur. Birincilikdə Bakı şəhəri ilə yanaşı, Sumqayıt şəhər, Abşeron və Xızı rayonlarının da məktəbliləri qüvvələrini sınamışlar. Birincilikdə 17 məktəb komandasından ümumilikdə 119 nəfər məktəbli iştirak etmişdir.
Yarışlar “Yanğın estafeti”, “Maneələr zolağı”, “Gənc ekspertlər” üzrə üç mərhələdə keçirilmişdir. Gərgin mübarizə və sağlam rəqabət şəraitində keçirilmiş yarışlarda komandalar münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyən edilmişdir. Sumqayıt şəhər 43 nömrəli məktəbin komandası I, Bakı şəhəri Xətai rayonu 56 nömrəli orta məktəbin komandası II, Bakı şəhəri Nizami rayonu 220 nömrəli məktəbin komandası isə III yerə layiq görülmüş və VI “Gənc xilasedici və yanğınsöndürən” yarışları üzrə respublika birinciliyində iştirak etmək hüququ qazanmışlar.
Hiç yorum yok:
Yorum Gönder